Ən güclü yaddaşa sahib Sidrquşu

Ən güclü yaddaşa sahib Sidrquşu
Maraqlı məlumatlar
10.09.2017 17
İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş
sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların
ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə
qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi
ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə
qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək
üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20
kmuzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək
məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır
və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır.
Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları,
qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları
beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi
qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100
minə yaxın toxum basdırır. O, bu toxumların yerini əzbərləməlidir, çünki
növbəti aylarda qidalanmaq üçün əzbərlədiyi xəritəsinə ehtiyacı olacaq.
Əgər basdırdığı toxumların yerini xatırlamazsa, yaşaya bilməz. Amma bir
problem də qalır. Qoyduğu işarələrin yerini ayrı-ayrı yadda saxlaması
çətinləşir, çünki qar yağandan sonra görüntü tamamilə dəyişir. Yəni qar
yağarkən qoyduğu işarələr də itir. Lakin bu vəziyyət quşu çaşdırmır və
sidrquşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapır.

Məsələnin digər hikmətli tərəfi ondan ibarətdir ki, quşun tapa bilmədiyi toxumlar həm də ağacların say artımını təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!