İbrətli kəlamlar

İbrətli kəlamlar
Maraqlı məlumatlar
10.09.2017 34
*Nə qədər pisdir insanın təsəllini içkidə siqaretdə axtarması...Çoxmu çətindir əlini səmaya qaldırıb ALLAHa yalvarması...



*Yalanla bataqlıq arasında heç bir fərq yoxdur. İkisi də dibə doğru çəkər !



*Şüşə qırıqları kimidir bəzən sözlər, Ağzına dolar insanın...Sussan; ağrıdar...Danışsan; qanadar...



*Sanma ovuclarını səbəbsiz yerə açdığını.. Yaradan olmasa kim dinlər yalvarışını "Aça bilərdinmi hər səhər göz qapaqlarını..!



*Stəkandakı su niyə "yarımçıqdır” deyə kədərlənəcəyinə, "yarısı da olsa var” deyə sevinənlərdən ol !...



*Gedənin arxasından baxmayın; Yoxsa gələni görə bilməzsiniz.



*Bir kişinin bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir dahaki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir



*HƏYAT nə qədər gözəl olardı.. ; Bir insan həm AŞİQ, həm də SADİQ olmağı bacara bilsəydi..!



*Öyündürməsin səni yüksəklərdə uçuşun, Palçıq da göyə çıxar qanadında bir quşun.



*Köhnə sevgiliylə barışdıqda yerdən deyil, aldandığınız yerdən davam edərsiniz ancaq



*Sahib olacağın hər şey, bir gün itirəcəyin şeylərdən yalnız biridir



*İnsan ürəyi bir sandıqdır; Dodaqlar onun kilidi, Dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər. .



*"Kaş ki tanımasaydım" dediyim heç kim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu !



*Eqoizm, gözünə ilişmiş ayna kimidir. o gözlər hara baxsa baxsın özündən başqa birini görməz...



*Hər şeyi bildiyini sanma! Gerçəkdə çox məlumatlı olsan da özünə cahiləm deyə biləcək cəsarətin olmalı.



*Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi öyrənin, Məhz o zaman qüsursuz olarsan.!



*Başqalarına qarşı zəfər qazanan qüvvətlidir, öz nəfsinə qarşı zəfər qazanan isə qüdrətlidir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!