Dünya xalqlarının doğuş mədəniyyəti

Dünya xalqlarının doğuş mədəniyyəti
Maraqlı məlumatlar
10.09.2017 6
Dünya xalqlarında dəfnlə bağlı müxtəlif adətlər olduğu kimi, doğumla
bağlı da özünəməxsus adətlər və rituallar mövcuddur. Adətən, yeni uşağın
doğulması nəsillərin əvəzlənməsi kimi qəbul olunur və bütün xalqlarda
ən müsbət və sevincli adətlərdən hesab olunur.



 Qadınlar.Biz övlad dünyaya gəlməsi ilə bağlı dünya xalqlarının adətlərini təqdim edir.



Qədim slavyanlarda doğuşu qəbul edən qarı göbək bağını kəsdikdən sonra
körpəni atasına təhvil verirdi. Atası isə övladını beşiyə qoymalı idi.
Körpəni ilk dəfə çimizdirərkən onun başına pullar və qızıl külçələr
tökülməli idi. Qədim slavyanlar hesab edirdilər ki, belə olsa, uşaq
gələcəkdə böyük var-dövlət sahibinə çevriləcək. Onun 1 ayı tamam
olduqdan sonra qohumlar və qonşular toplaşaraq uşağa ad seçirdilər və
anaya qiymətli hədiyyələr verirdilər.



Yəhudilərdə yeni doğulan körpə 8 gün ərazində sünnət olunmalı idi.
Hesab olunurdu ki, bununla uşaq pis ruhlardan, uğursuzluqlardan xilas
olacaq. Bunun üçün o, sünnət olunana qədər gecələr valideynləri beşiyə
keşik çəkirdilər. Onlar inanırdılar ki, bununla övladlarını pis
ruhlardan qoruyurlar. Həmçinin yəhudilərdə beşiyə müxtəlif amulet və
duaların qoyulması adəti də mövcuddur. Bundan başqa, doğulan körpə
oğlandırsa onun anası 7 gün "murdar” sayılır. Bundan sonra daha 33 gün
isə o "müqəddəs olan heç nəyə” toxuna bilməz. Əgər qız övlad doğularsa
onda buy müddətlər 2 dəfə artırılır. Maraqlıdır ki, qədim yəhudilərdə
qadınlar ya "maşbere” adlanan xüsusi stul, ya da öz ərlərinin dizi
üstündə övlad dünyaya gətirirdilər.



Qırğızlarda da doğuşu xüsusi təcrübəsi olan qarılar qəbul edirlər.
Bundan sonra bir neçə gün həmin qarı doğuşu qəbul etdiyi evi tərk
etməməli və körpəni pis ruhlardan qorumalıdır. Buna görə ev sahibini ona
qoyun yaxud qoyun dərisi hədiyyə edir. Valideynləri körpəni pis
ruhlardan və xəstəliklərdən qorumaq üçün onun ayaqlarına yumru bilərzik
bağlayırlar.



Okeaniya xalqlarında isə başqa bir maraqlı adət mövcud idi. Körpə
anadan olduqdan sonra atası onun saçlarından bir çəngə kəsməli idi. Ana
isə öz növbəsində övlad doğması ilə bağlı saçlarına hörük hörməli idi.
Təbii ki, uşaqların sayı artdıqca hörüklərin sayı da artırdı.



Qazax xalqı da doğumla bağlı maraqlı adətlərə malikdirlər. Onların
təsəvvürlərində uşaq anadan olduqdan sonra 40 gün ərzində bütün
mənfiliklərdən qorunmalı idi. Bunun üçün onun bələyinin yanında həmişə
yanılı lampa qoyulurdu. Oğlanlar üçün lampa 39, qızlar üçün isə 41 gün
saxlanılırdı. 40 gün tamama olana qədər körpənin (həm qız, həm də oğlan)
üzərindən xüsusi köynək çıxarılmırdı. Müddət başa çatdıqdan sonra həm
körpənin anası, həm də mamaça üçün xüsusi qonaqlıq təşkil edilirdi.
Körpə isə duzlu suya salınırdı.



Qaratinlər və ləzgilərdə doğuş zamanı evin bacası bağlanırdı. Körpə
dünyaya gəldikdən sonra onu səhər çimizdirirdilər. Amma gün çıxandan
sonra yığılan su bu məqsədlərə uyğun gəlmirdi. Bundan sonra körpə üçün
ailənin böyükləri ənənəvi dualar oxuyurlar.



Qədim Çin və Hindistanda qadının hamilə olması məlum olduqdan sonra onu
xüsusi qayğı ilə əhatə edirdilər. Dəbdəbəli əşyalar, həzin musiqi,
dadlı yeməklər hamilə qadını əhatə etməli idi. Hesab olunurdu ki, hələ
doğulmamış körpənin tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bundan başqa,
Çinin bəzi bölgələrində uşağın doğuluşundan 3 gün sonra əcdadların
ruhuna xoruz kəsilməsi adəti mövcud idi.



Gürcülərdə isə doğumla bağlı başqa maraqlı adət mövcud idi. Onlar körpə
beşiklərini illərlə saxlayır və atadan oğula ötürürdülər. Gürcülər
hesab edir ki, bununla babalar və nəvələr arasındakı əlaqə uzun illər
mövcud olacaq.



Yaponlarda uşağın göbək bağının ailədə saxlanması adəti mövcuddur.
Onların təsəvvüründə bu ana-bala əlaqəsini simvolizə etməli idi.



Ukraynanın qərb vilayətlərində isə yenicə övlad sahibi olan ata mütləq şəkildə ağa əkməlidir.



Papua-Yeni Qvineyada övladı olacağını xəbər alan ata dərhal icmanı tərk
etməli və özü üçün qabaqcadan düzəltdiyi komada yaşamalıdır. Onun
xanımı isə doğuşu meşədə həyat keçirməlidir. Bu zaman kişi komasında
doğumu imitasiya etməli və bununla şər qüvvələri özünə doğru yönəltməli
idi.



Atəşpərəstlər isə hamiləliyi və uşağın anadan olmasını orqanizmin
təmizliyini pozan mənfi hadisə sayırdılar. Onlar hesab edirdilər ki.
qadın övladını tonqalın yanında dünyaya gətirməlidir. Ailə üzvləri isə
tonqalın yanması üçün çalışmalı idilər. Uşaq dünyaya gəldikdən sonra 40
gün ərazində ana və uşaq şər qüvvələrdən təmizlənməli idilər. Bunun üçün
qadın su içməməli və isinmək üçün tonqala yaxın gələ bilməzdi.



Napolenonun anası hamiləliyi müddətində əsgər eskizləri çəkməyi
sevirdi. Güman olunur ki, məhz bu onun övladının müharibə həvəsinin
yaranmasına səbəb olub.



Başqa bir əfsanəyə görə, Qay Yuli Sezarın dünyaya gəldiyi doğuş növü o,
imperator olduqdan sonra ("imperator” deməkdir) "qeysəriyyə”
adlandırılmışdı.



XIX əsrdə hər üç doğuşdan biri sepsis səbəbindən ölümlə nəticələnirdi.
Yalnız 1880-ci ildə antiseptiklərin tətbiq olunması ilə bunun qarşısını
almaq mümkün oldu.



Hamiləliklə bağlı ilk elmi izahları yunan təbibi Hippokrat verib. "Onun
72 mətndən ibarət külliyyatının 3 fəsli hamiləlik və mamaçılığa aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!