Bu gün ilk çərşənbədi... Su çərşənbəniz mübarək...

Bu gün ilk çərşənbədi... Su çərşənbəniz mübarək...
Maraqlı məlumatlar
10.09.2017 25
Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər

 





Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur  Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.





 

Qızlar, su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn problemlərinizi, kədərinizi qəmminizi su yuyub aparsin. Özü ilə ancaq gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək olsun. Amin! Öpürəm hər birinizi...

 

Bu gün ilk çərşənbədi... Su çərşənbəniz mübarək...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!