Anama yaxşı bax... ATA!

Anama yaxşı bax... ATA!
Maraqlı məlumatlar
10.09.2017 81
Mən ailə həyatı qururam. Məndən sənə qız  məsləhəti Ata.... Anama yaxşı bax...!

Axşamlar maraqla televizora baxanda Sən Anama bax...

Yaşadıqlarınızı görəcəksən uşaqlaşan baxışlarında...

Yaşatdıqlarını, yaşatmadıqlarını, sənə həsr etmiş bütün ömrünü görəcəksən baxışlarında...

Axşamları sən gec gəldiyində yeyə bilmədiyi loxmaları görəcəksən, boğazında...

Sen hirslənməyəsən deyə, gecələr harasa getdiyini, bizi döydüyün zamanlar ürəyinin ağzına gəldiyini  görəcəksən....



Anama yaxşı bax...ATA!



Mən gedirəm dediyində sən pilləkanları enənə qədər arxandan baxan insana bir də sən 5 pilləkən aşağdan bax…



Gözlərində sən daha getmədən sənin üçün darıxan bir qadın görəcəksən…



Küçədə gördüyün dostunun əllərini sıxdığın kimi onu qucaqla Ata...Bərkdən, Sevgi ilə qucaqla ATA!!!

Saatlarca çayxanada, armudu stəkanda çayını qurtumlayarkən heç birinin anamin çayının dadına bənzəmədiyini  hiss edərək...evdə sənin üçün yemək hazırlayan bir qadının həyacanını düşün...



Nə vaxt yıxılsan, ağrımayasan deyə yıxıldığın yerə çəmən olan,

Hər axşam sənin əlini "evimin dirəyi” deyərək öpən o qadına yaxşı bax ATA...

Nə qədər səssiz pilləkanları qalxsanda elə ilk addımından sənin istiliyini hiss edən o qadına yaxşı bax ATA...



Sən əsəbləşəndə mətbəxdə səssizcə ağlayan amma sənə soğan soyduğu üçün gözlərinin nəm olduğunu deyən qadına yaxşı bax ATA!!!



Ata qucaqla onu və deki ona...

Qara saçlarımız məni tərk etdiyi illərimdən geriyə bir dənə sən qaldın mənə və bir tək mən qaldım sənə....

Anama yaxşı bax Ata... Onun gözlərində sənə həsr etmiş uzun uzadı bir ÖMÜR GÖRƏCƏKSƏN...

Bizim bizdən o uca RƏBBİMİZDƏN başqa heç kimimiz yoxdu ATA. Sən anama dediklərim kimi bax Söz verirəm başınızı əyəcək heç bir şey etməyəcəm. Və məndə yoldaşıma elə baxacam ATA(ATA(скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!