Xeyirxahlıq

Xeyirxahlıq
Maraqlı məlumatlar
10.09.2017 25
1.Bu gün taksi ilə işə gedirdim.Birdən halım pisləşdi,hiss elədim ki təzyiqim düşür.Huşumu itirdim.Ayılanda gördüm ki xəstəxanadayam.Tibb bacısı söylədi ki,taksi sürücüsü məni əllərində həkimə çatdırıb,tez çatmaq üçün hətta bir neçə dəfə yol hərəkəti qaydalarını pozmalı olub.Yol polisi sənədlərini almaq istəyəndə görüb ki o nə üçün tələsir.Heç bir cəza vermədən sürücünü yola salıb.



2.Bu yaxınlarda kitab almaq üçün bukinistə getmişdim.Orda uşaqlıqdan itirdiyim bir kitabın eynisini gördüm və aldım.Kitabı açanda təəccübümün həddi yox idi:bu elə mənim itirdiyim həmin kitab idi.Onu babam mənə bağışlamışdı və ilk səhifəsində yazmışdı:Ümid edirəm ki,illər sonra bu kitabı bir də oxuyacaqsan və məni xatırlayacaqsan.



3.3 həftə əvvəl məni qocalar və kimsəsizlər üçün yardım yığılanda ora kofta vermişdim.Bu gün parkda gəzərkən həmin koftani yaşlı bir qadının əynində gördüm. Gülümsədim və dedim ki,yaxşı koftadır.O da gülümsədi və dedi:"Hə.Elə mənim də xoşuma gəlir."

4.Bu gün bizim xəstəxanaya avtomobil qəzasına düşən balaca bir qız gətimişdilər.Çox nadir qan qrupuna sahib idi.Onun kiçik qardaşı da həmin qan qrupundan idi.Biz ona başa saldıq ki bacısının onun qanına ehtiyacı var,bunsuz ölə bilər.O bir az fikirləşdi,valideynləri ilə görüşüb mənim ardımca palataya gəldi.Biz əməliyyatı bitirəndən sonra dedim ki o dincələ bilər.Onda oğlan birdən məndən soruşdu:Necə?Yəni mən ölməyəcəm?

Sən demə biz ona qan verməyi təklif edəndə o elə bilib ki,bu onu öldürəcək.Amma bacısının xatirinə hətta həyatını da verməyə hazır olub.



5.Bu gün taksidən düşəndə gördüm ki pul qabım yaddan çıxıb evdə qalıb.Sürücüyə verməyə pulum yoxdur.Mən düşəndə taksiyə minən kişi mənim pulumu da ödədi.Mən ondan soruşdum ki borcunu necə qaytara bilərəm.O mənə vizit kartı uzatdı və dedi ki pulları burda qoya bilərəm.Axşam həmin ünvana gələndə gördüm ki bura uşaq evidir.



6.Evdən çıxanda böyük bir it ardımca düşmüşdü.Artıq həyəcanlanırdım ki birdən üstümə cumar.Amma birdən qarşımı bir oğlan kəsdi və biçaqla hədələyərək pullarımı tələb etdi.Mən söz deməyə imkan tapmamış həmin it oğlanın üstünə atıldı və mən qaçdım.İndi evdə oturmuşam,həmin itin sayəsində sağ və salamatam.



7. Bu gün supermarketdə bir oğlan kartla alver alış veriş edirdi.Hədiyyə kartı idi.Getmək istəyəndə kassir oğlanı çağırdı və dedi ki onun kartında hələ 15 manatı qalıb.Oğlan geri qayıtdı,15 manatlıq bir buket götürdü və kartla pulunu ödəyəndən sonra onu kassirə verdi.Kassir gülümsədi.Hətta oğlan çıxıb gedəndən sonra da uzun müddət onun sifətindən təbəssüm silinmədi



8.Bu gün anamı qucaqladım və dedim:"Sən dünyanın ən yaxşı anasısan!"



O gülümsədi və dedi:"Nə bilirsən?Sən axı dünyadakı bütün anaları tanımırsan?"



O zaman mən dedim:"Sən mənimçün bütün dünyasan!"



*****



Hansı daha çox xoşunuza gəldi?



Özünüz də belə xeyirxah əməllər etmisinizmi və ya rast gəlmisinizmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!