Hərənin öz narkotik maddəsi olacaq

Hərənin öz narkotik maddəsi olacaq
Maraqlı məlumatlar
10.09.2017 25
Gələcəyin ən güclü narkotik maddəsi beynin stimullaşdırılması olacaq.
"Fast Future Research" şirkətinin banisi və rəhbəri, futuroloq Rohit Talvar belə bəyənatla çıxış edib.
 "Scientist"ə istinadən bildirir ki, futuroloq Böyük Britaniya hökumətinin maliyyələşdirildiyi və yaxın 20 il ərzində narkobiznesin inkişafının tədqiqatına yönəlmiş araşdırma çərçivəsində belə nəticəyə gəlib.
Talvar hesab edir ki, genetika və genetik informasiyaya əsaslanmış sosial şəbəkələrin inkişafı konkret insanın gen yığımına istinad edən dərman preparatları ilə yanaşı, narkotik maddələrin də peyda olmasına səbəb olacaq.
Talvar deyib ki, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin neyrobioloqları beyindən alınmış informasiyaların əsasında insanların bir qədər əvvəl gördükləri əşya və mənzərələri qismən bərpa edə biliblər.
Transkranial maqnit stimullaşdırılması ilə birlikdə bu metodun gələcəkdə müştərini ekstaz vəziyyətinə çatdıracağını düşünürlər.
"Bütün bunlar əvvəlcə inkişaf etmiş ölkələrdə, sonra isə dünya miqyasında ənənəvi narkoticarətin məhvinə səbəb olacaq. Çünki yalnız ciddi və nüfuzlu korporasiya müştəriyə tələb olunan səviyyədə emosiyalar verən məhsul istehsal edə biləcək", - Talvar deyib.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!