Canınız ağrıdı? Söyün

Canınız ağrıdı? Söyün
Maraqlı məlumatlar
10.09.2017 22
Alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, insan canındakı kəskin ağrıları bərkdən söyməklə bir qədər azalda bilər.Bir şərtlə ki, söyüşlər daimi olmasın: belə halda söyüşlərin ağrıkəsici effekti yoxa çıxır.
 "Lancet"ə istinadən bildirir ki, Böyük Britaniyadakı Kil Universitetinin psixoloqlarının apardıqları araşdırmaların nəticəsi belədir. Sınaqlar zamanı buzlu suya salınmış insan bərkdən, "yeddiqat" söyüş söyəndə ağrıya daha yaxşı tab gətirib.
Lakin söyüşün intensivliyi gündə 60 dəfədən artıq olduqda onun ağrıkəsici effekti heçə enib.
Söyüşün ağrıkəsici effekt mexanizmini alimlər hələ tam anlamayıblar. Çox yəqin ki, söyüş stress-induksiyalar, ağrı hissiyyatının əsas səbəbi olan aqressiya ilə qəzəbin orqanizmdən çıxmasına səbəb olur.
Stress zamanı orqanizmə adrenalin yayılır və nəticədə ağrı hissi azalır. Söyüş isə beyinin daha dərin zonalarına adi sözlərlə müqayisədə daha dərin təsir edir.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!