Kişilər evlənməyə niyə bakirə axtarır?

Kişilər evlənməyə niyə bakirə axtarır?
Maraqlı məlumatlar
10.09.2017 53
Qapanmaqla rahibə, sevişməklə fahişə olunmaz. Bu misalı əbəs yerə çəkmədik.



Dünyanın normal ölkələrində çoxdan öz həllini tapmış, Azərbaycanda
isə hələ də qadınlar üçün "ciddi sınaq” olaraq qalan bakirəlikdir.
Gəlin, etiraf edək ki, cəmiyyətimizdə insanların daxili azadlığının
olmaması, davranışlarında və ünsiyyətlərində qeyri-səmimiliyin əsas
səbəblərindən biri, bəlkə də ən əsası seksual problemlərdir. Məsələyə
tibbi aspektdən yanaşdıqda isə görərik ki, vaxtında başlamış, mütəmadi
cinsi həyatın olmaması həm qızlar, həm də oğlanlar üçün gələcək yetkin
həyatlarında bir sıra ciddi problemlər yaradır. Normada qızlar 18-19,
oğlanlar isə 19-20 yaşlarında cinsi həyata başlamalıdır. Lakin bəzi
cəmiyyətlərdə olduğu kimi, bizim toplumda da bakirəlik hələ də güclü
ictimai qadağa olaraq qalmaqdadır.



Nikahdan əvvəl cinsi həyat vacibdir

Bizdə bu problemin həllini erkən nikahlarda görürlər. Əfsuslar olsun
ki, bu da əslində səhv yanaşmadır. Çünki gənclərin ailə həyatına hazır
olmadan nikah bağlamasının sonradan boşanma ilə nəticələnməsi
qaçılmazdır. Əslində, hələ ailə qurmayan insanın normal həyatında
mütəmadi və sağlam cinsi həyat yaşaması, onun həm fiziki, həm də mənəvi
tələbatının ödənməsi deməkdir. Necə ki, yuxumuz gələndə yatırıq, acanda
yemək yeyirik, məhz normal, müntəzəm seksual həyat da sadaladıqlarımız
kimi vacibdir. Üstəlik, müntəzəm seks hər iki cinsin seksual tərbiyəsi
üçün də önəmlidir. Onların gələcək nikaha hazırlanması, habelə, cütlüyün
uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün çox vacib
faktordur. Çünki tərəflər bir-birini ən yaxşı yataqda başa düşməlidir.
Uzun zaman bir yerdə yaşamaq üçün əsas səbəblərdən biri də sağlam və
müntəzəm seksdir.



Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır

Heç kimə sirr deyil ki, Azərbaycanda
gənc ailələrdə boşanmaların sayı gündən-günə artır. Bu bəzən bir sıra
problemlərlə yanaşı, sosial çətinliklərin də ayağına yazılır. Halbuki,
yaxşı bilirik ki, əslində, cütlüklərin ən əsas problemlərindən biri də
seksual uyğunsuzluqdur. Bəzən seksual uyğunsuzluğa baxmayaraq,
ömürlərini məcburən bir yerdə keçirən cütlüklərimiz də az deyil. Bundan
əziyyət çəkən isə yenə də qadınlar olur. Çünki kişi kənarda öz seksual
həyatını başqa qadınlarla sürdürür. Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır. Yaşı az olan, seksdə "təcrübəsiz” olan bakirə qızı alıb, özünə arvad edir. Ona görə ki, Azərbaycan kişisi arvadı özü üçün deyil, ata-anası, qohum-əqrəbası və ən əsası, cəmiyyət üçün alır...



Arvadı
onun həyat yoldaşı, seksual partnyoru deyil, uşaq doğanı, yemək
bişirənidir. Aldığı qızın intellektual səviyyəsi, dünyagörüşü, fikirləri
önəmli deyil. Önəmli olan odur ki, qız bakirədir, seks təcrübəsi yoxdur
və ətrafda onu heç kim tanımır, təmiz ev qızıdır. Kişi evlənir, kənarda
isə evlənməyə cürət etmədiyi sevimli qadını ilə öz həyatını (qadının
deyil, məhz öz həyatını – red.) yaşayır. Sevdiyi qadınla evlənə bilmir,
çünki onun həyatında əvvəllər başqa kişi olub... Əgər o, bu qadınla
evlənərsə cəmiyyət, qohum, ya da qonşular onu qınaya bilər. Nəticədə isə
iki qadın əzab çəkməli olur. Həm kişinin evləndiyi arvadı evə məhkum
edilib, bədbəxt olur, həm də ki onu sevən digər qadını, yəni sevgilisi.



Boşanmaqdan qorxan və ya heç bir sosial statusu olmayan Azərbaycan
qadını, kişinin arvadı evdə paltar, qabyuyan, yemək bişirən bir varlığa
çevrilir. Onun işi ev təmizləmək, xörək bişirmək və uşaqların tərbiyəsi
ilə məşğul olmaqdır. Az yaşından evdə oturan qadın zaman keçdikcə
parfümünü bişirdiyi yeməklərin iyinə dəyişir. Kənarda özünün bütün
seksual ehtiyaclarını ödəyən kişini isə evdəkinin nə vəziyyətdə olması
qətiyyən maraqlandırmır. Bununla da qadında isteriya, nevroz kimi ciddi
psixoloji xəstəliklər yaranır. Üstəlik, qadında hormonal disbalans
sayəsində çəki artımı müşahidə olunur. Bu da kişinin arvadından daha da
uzaqlaşmasına səbəb olur. Artıq o, öz arvadını mükəmməl seksual partnyor
kimi qəbul etmir. Halbuki, bu halın baş verməsində ər günahkardır.



Hələ
bu harasıdır? Seksual həyat yaşamayan qadın uşaqlıq və yumurtalıqların,
həmçinin süd vəzlərinin müxtəlif xoş və bədxassəli şişləri və digər
xəstəlikləri ilə üzləşir. Ayda-ildə bir dəfə arvadı ilə seksual akta
girən kişinin əsas vəzifəsi öz işini missioner pozasında yerinə yetirmək
və qadından əvvəl orqazm olmaq olur... Əslində, Azərbaycan kişisi bakirəlik kultundan qurtulub, sevdiyi, xoşlandığı qadınla evlənərsə, daha normal, sağlam həyat yaşamış olar.



Ya
da təsadüfi partnyorlara həsr etdiyi enerjisini, yataq oyunlarını -
müxtəlif pozaları, yüngül fetiş, sado-mazoxizm elementlərini, oral və
anal yaxınlığı həyat yoldaşına tətbiq edərsə, onların arasında
bir-birinə olan seksual maraq da artar. Bununla da Azərbaycan kişisi
kənarda yeni həyəcan axtarışına son qoyar. Təbii ki, bu məsələdə tək
kişiləri günahlandırmaq doğru olmazdı. Çünki bu, bütünlükdə toplumun
ciddi problemidir.



Vaxtı keçmiş bakirələr müasir düşüncəli kişiləri maraqlandırmır

Bəzən əksər qızların "bəxti gətirir”, tez ərə gedir. Üzdə elə görünür
ki, o, xoşbəxtdir. Heç olmasa, az-çox seksual həyat yaşayır (Təbii ki,
bizdə qarşılıqlı sevgi, sayğı və ehtirasla dolu həyat yaşayan normal
cütlüklər də xeylidir - red). Vay yaşı keçmiş bakirə qızların halına.
Yaş ötdükcə bakirəlik orqanizm üçün bir sıra fəsadlarla müşayiət oluna
bilər. Bura orqanizmin hormonal disbalansı, menstrual tsklin pozulması,
bəzi hallarda tamamilə kəsilməsi, müxtəlif ginekoloji xəstəliklərin
yaranmasını aid etmək olar.



Bundan başqa, normal müntəzəm
seksual həyatın olmaması bir sıra nevroloji problemlərin yaranmasına da
yol açır. Belə qızlar tez qıcıqlanan, müxtəlif mövzulara ilişib qalan,
hər hansı bir məsələ barədə uzun-uzadı danışmağı xoşlayan, nəyəsə
aqressiv münasibət bildirən olurlar. İllər ötdükcə isə heç bir seksual
həyat, kişi təması yaşamayan "veteran bakirələr” sonralar əks cinsin
nümayəndələrindən iyrənməyə başlayırlar. Bu qızlarda frigidlik (cinsi
soyuqluq), daha pis halda vaginizm (cinsi əlaqə öncəsi uşaqlıq boynunun
spazması- bağlanması) halları baş verir. Yəni vəziyyət o həddə gəlir ki,
yaşı ötmüş bakirələr sonradan cinsi həyata başladıqda belə seksdən həzz
ala bilmirlər.



Bakirəliyi tələb edən kişilərdir, sonda aldananlar da yenə onlardır

Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi açıqlamasında bakirəlik tabusunun Azərbaycanda seksual aclıq yaratdığını bildirib:



"Azərbaycan
insanında seksual aclıq var. İnsan orqanizmi üçün tabu yoxdur. Biz
təbiətə qarşı çıxa bilmərik. Müəyyən yaş dövründən sonra orqanizmin
seksual tələbatı ödənməlidir. Bu tələbat ödənmədiyi təqdirdə, qadınlarda
müəyyən psixoloji gərginliklər yarana bilir. Təsadüfi deyil ki,
qadınlarda isteriya, nevroz və digər psixoloji xəstəliklər daha çox
yayılır. Bu da seksual həyatın olmaması ilə bağlıdır. Ümumiyyətlə,
isteriya (yunan sözüdür- "бешенство матки”- "matkanın quduzluğu”)
matkanın xəstəliyidir. Yəni qadın seksual istəklərini qarşılamadığı
təqdirdə, orqanizmdə müəyyən psixoloji gərginliklər yarana bilir. Bizdə
qaydadır, bir qız ömrü boyu ailə qurmursa, heç bir kişi ilə seksual
münasibətə girmir, bakirəliyini toxunulmaz saxlayır. Bakirəlik tabusuna
qarşı çıxa bilməməsi onun orqanizmində ciddi xəstəliklərin yaranmasına
səbəb olur. Belə qadınların əsəbləri ilə bağlı müəyyən problemləri
yaranır. Cəmiyyətdə bakirəlik tabusunun olması kişilərdə seksual aclığın
artmasına səbəb olur.



Bizdə qadın yolla gedir, ona söz atırlar,
pis formada baxırlar, maşınlarına dəvət edirlər. Avropada isə bunu
ancaq seksual xidmət göstərən qadınlara edirlər. Bu da bizim insanların
seksə qarşı çox ac olduğunu göstərir.



Qəribədir ki, bakirəlik
tabusunu istəyənlər kişilərdir. Bundan daha çox zərərçəkənlər də
onlardır. İnsanın əxlaqı onun bakirə olması ilə ölçülməməlidir. Onsuz da
bunu etmək istəyən insanlar öz həyatlarını yaşayırlar, istəklərini
reallaşdırırlar. Sonra isə başqası ilə yalan üzərində ailə həyatı
qururlar. Burada da yenə də aldanan kişilərdir. Bakirəliyi tələb edən də
kişilərdir, sonda aldanan da yenə onlardır. Bilirsiniz ki, müəyyən
ginekoloji proseslərdən sonra bakirəliyin bərpası (himenoplastika
əməliyyatı) mümkündür. Nəticədə isə insanlar yalan vasitəsilə ailə
həyatı qururlar.

Yalana məruz qalmaqdan, qadının bakirəliyini bərpa
edərək, onunla evlənməsinin qurbanı olmaqdansa, gələcək xanımının keçmiş
münasibətlərini araşdırmamaq lazımdır. Əslində, bakirəlik tabusu
olmamalıdır. Hər bir insanın fərdi, azad seçimi olmalıdır. Hər bir insan
öz istəyi üzərində həyatını yaşamalıdır. İndi milli-mentalitetdən,
mənəvi dəyərlərdən, əxlaqdan, namusdan danışırlar.



Gəlin etiraf
edək ki, indi bir çox gənclər istədikləri seksual həyatı yaşayır. Amma
bunu ətrafdakılardan, cəmiyyətdən gizlədirlər. Bunu gizlətmək də doğru
deyil. Əksinə, bunu normal formada etmək lazımdır ki, sabah hər hansı
bir xəstəliklərin yaranmasına rəvac verilməsin. Hətta təklif edirəm ki,
məktəblərdə xüsusi psixoloqlar tərəfindən cinsi tərbiyə həyata
keçirilsin. Seksuallıqla bağlı uşaqlara ətraflı məlumat verilsin. Çünki
uşaqların bu mövzuya marağı onsuz da var. Yaxşı olar ki, bunu
profilaktik tədbirlər vasitəsi ilə əldə etsinlər. Nəinki özləri özbaşına
bunu edərək, müxtəlif qorxulu xəstəliklərə yoluxsunlar”.



Seksual həyatın olmaması qadın orqanizmi üçün böyük zərbədir

Həkim-ginekoloq Təranə Həsənova söhbətində Azərbaycan qanunvericiliyində nikah yaşının 18 olduğunu xatırladıb:



"Seksual
münasibət üçün 18 yaş uyğundur. Amma orqanizm 18 yaşdan aşağı bu işə
hazır deyil. Bu, orqanizm üçün çox böyük bir zərbədir. Qızın az yaşda
hamiləlik keçirməsi də onun orqanizmi üçün ciddi zərbədir. Qadın
orqanizminin belə bir xüsusiyyəti var ki, kişilərdən fərqli olaraq tez
qocalır. Məsələn, eyni yaşda olan qadınla kişi evlənir. Onlar 60 yaşa
çatanda baxırsan ki, qadın kişidən yaşlı görünür. Yəni qadın orqanizmi
nisbətən tez düşür. Bunun da ən birinci səbəblərindən biri də qadının
erkən yaşda hamilə qalması, doğuş həyata keçirməsidir. Qadının cinsi
həyatının olması fizioloji prosesdir. Seksual həyatın olmaması qadında
bir sıra hormonal pozulmalara apara bilər. Məsələn, fibromotoz düyünlər
var ki, subay qızlarda rast gəlinir. Eşidən deyər ki, bunun nə dəxli
var, 3 uşaq doğmuşam, problem məndə də var. Məsələ elə deyil, ərə
getməyən qadınlar arasında bunun faizi daha yüksəkdir. Fibromotoz
düyünün əsasında da hormonal pozulma dayanır. Seksual həyat olmayanda,
müxtəlif hormonal pozulmalar baş verir. Seksual tələbat olmadıqda bu,
istənilən qadın xəstəliyinə yol aça bilir. Sinir sistemində ciddi
pozğunluqlar yaranır. Daha sonra nevrozun müxtəlif mərhələlərinin
yaranmasına səbəb olur. Seksual tələbat yerinə yetirilmədikdə, qadının
sinir sistemi yüklənir, o insanlar çox əsəbi olur”.



Və sonda...

Gördüyünüz kimi, bakirəlik qadın orqanizminə tibbi, fiziki və psixoloji
baxımdan xeyli zərər vurur. Biz isə düşünürük ki, zaman keçdikcə,
savadı, ağlı, zövqü, ən əsası dünyagörüşü olan Azərbaycanlı kişiləri
"qara kurtkalılar”dan sayca çox olacaq. Onlar üçün qızın bakirə olması
önəmli göstərici olmayacaq. Əks halda, qız qızıla dönəcək, oğlanların
isə bundan heç xəbəri olmayacaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!