Qonaq çəngəl-bıçağı bu cür qoyduqda nə demək istəyir?

Qonaq çəngəl-bıçağı bu cür qoyduqda nə demək istəyir?
Maraqlı məlumatlar
10.09.2017 18
Bilirsinizmi ki, restoranda çəngəl-bıçağınızı yerləşdirmək ofisiantın reaksiyasına təsir edir? Necə? Məsələn, siz bir müddət masadan kənarlaşıb sonra yenidən stola tərəf qayıdırsınız. Və görürsünüz ki, qab-qacağınız stolda yoxdur. Hərçənd ki, siz hələ öz yeməyinizi yeyib bitirə bilməmişdiniz. Bu zaman sizə xidmət edən personalı söymək lazım deyil. Yemək cihazlarının (çəngəl, bıçaq, qaşıq) hər birinin öz mənası var. Ola bilər ki, ofisiant başa düşüb ki, siz artıq yeməyəcəksiniz və stolu təmizləyib. Bu cür hallarla rastlaşmamaq üçün restoranlarda istifadə edilən bu metodlara diqqət yetirin.



Uzun müddət masadan kənarlaşacaqsınızsa, bıçaq və çəngəli çarpazlayın. Bu, o deməkdir ki. Siz hələ də naharınızı bitirməmisiniz. Avropada belə qaydalara çox ciddi riayət edilir.



İkinci yeməyi sifariş vermək üçün ofisiantı gözləyirsinizsə və ya ona işarə verirsinizsə, o zaman bıçaq və çəngəli üst-üstə qoyun.



Yeməyi çox bəyənmisinizsə, çəngəl və bıçağı boşqaba paralel istiqamətdə yan-yana qoyun.



Artıq yeməyinizi bitirmisinizsə, bu dəfə çəngəli və bıçağı boşqaba perpendikulyar istiqamətdə qoya bilərsiniz.



Nəyahət, yeməyi bəyənməmisinizsə, yenə də çəngəl və bıçağı çarpazlayın. Lakin bu dəfə bıçağı çəngəlin içərisindən keçirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!