Kompyuter Dünyamız

Kompyuter Dünyamız
Maraqlı məlumatlar
10.09.2017 48
[/center]
[center]

"Həmişə harasa, nəyəsə yetişmək təlaşındasınız, elə deyilmi? Heç vaxtınız yoxdur; Fast life, Fast food, Fast music, Fast love... Diktə etdirilən yüksələn dəyərlər, in' lər, out' lar... Buna bənzər bir otaqda, şanslısınızsa səması görə bilən bir pəncərə ardında bitəcək bunlar hamısı. Dostluğu klaviaturalarında, həyatı monitorlarında axtaranlar, sizə səslənirəm! Hansı düymə daha təsirlidir ki.. isti bir gülüşdən, ya da hansı proqram verə bilər bir ağac kölgəsində yatmanın kefini? Copy-paste edə bilərsinizmi dalğaların sahillə görüşməsini? İçinizi isidən gün işığını göndərə bilərsinizmi maillə yoldaşlarınıza? Sevgini düymələrləmi yazırsınız? Gözlərinin içi parıldayan sevgini göstərmək üçün hansı düymələrə basmaq lazımdır? Ya da zibil qutusunda saxlanıla bilərmi itən zaman? Təbiəti kompüterlərinə döşəyənlər, niyə görə bilmirsiniz bağçadakı akasiyanın tumurcuqlandığını? Və yaş torpaq qoxusu varmı fayllarınız arasında? İyləmək, duymaq, toxunmaq, yoxmu həyat şkalanızda? Məlumat cəmiyyəti olduq, duyğu cəmiyyəti olmağımıza megabaytlarımızmı çatmır?"
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!