Pulun satın ala bilməyəcəyi 9 gözəl şey

Pulun satın ala bilməyəcəyi 9 gözəl şey
Maraqlı məlumatlar
10.09.2017 19
Əgər istədiyiniz şeyləri (yoldaşlarınla gəzmək, tətilə çıxmaq) pulunuz çatmadığı üçün edə bilmirsinizsə kədərlənməniz çox təbiidir, amma əlinizdəkilər üçün də şükr etmək və xoşbəxt olmaq həyatınızı gözəlləşdirər, inanın. Xoşbəxt olmaq üçün çox pula ehtiyac  yoxdur:

 

Sağlamlığın varsa xoşbəxtsən...

Sağlam olmaq üçün müalicə və həkim xərclərini qarşılaya bilmək də əhəmiyyətlidir, amma sağlam olmaq sizə təbii olaraq gələn bir lütfdür. Bir çox insan sağlamlığını itirmədən bunun dəyərini təəssüf ki, anlaya bilmir. Siz, onlardan olmayın və sağlam oyandığınız hər gün üçün şükr edin.

Səviyyəlisənsə xoşbəxtsən...

İndiki vaxtda bir çox sonradan görən, zəngin və səviyyəsiz adamlar var. Belə bir dövrdə səviyyəninizi qorumaq, tərbiyəli, mədəni olmaq həqiqətən də böyük bir amacdır.

Qabiliyyətlisənsə xoşbəxtsən...

Hər kəsin mütləq özünə xas bir qabiliyyəti vardır. Qabiliyyət  pul gətirə bilər, amma pulla alına bilməz. Öz qabiliyyətlərinizin fərqinə varın və buna sahib olduğunuz üçün şükr edin.

Məmnunsansa xoşbəxtsən...

Pulun ala bilməyəcəyi bir başqa şey məmnunluq duyğusudur. Gördüyünüz işdən, etdiyiniz əməldən məmnun olmaq həqiqətən də böyük bir şansdır.

Eşq...

Eşq, bir insanın yaşaya biləcəyi ən güclü, qorxuducu və gözəl  hissdir. Heç bir pul bu hissi qarşılaya bilməz. Gerçək eşqə sahib olmaq bir şansdır.

Zaman...

Zaman puldan  daha çox qiymətlidir. Birinə təklif edə biləcəyiniz ən yaxşı şey zamanınızdır və ehtiyacı olan biriylə vaxtınızı paylaşmanız çox qiymətlidir.

Günəşin doğmasını  və batmasını izləmək...

Təbiətin bu möcüzəsini hər gün yenidən görə bilmək belə nə qədər şanslı olduğunuz göstərir. Bir çox adam artıq bu gözəl mənzərəni görə bilmir...

Gülmək...

Yoldaşınızla, sevgilinizlə, ailənizlə olarkən  gülə bilmək, qəhqəhə çəkə bilmək  puldan çox daha qiymətli və əhəmiyyətlidir. Gülmək özünüzü yaxşı hiss etmənizi təminatçısıdır və əhvalınızı yüksəldərək sizi xoşbəxt edər.

Həyatın dadını çıxarmağı bacarın!

Pul sizin üçün bir məqsəd deyil, bəzi durumlar   üçün yalnız bir vasitə olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!