Gözəllik, yoxsa əsarət?

Gözəllik, yoxsa əsarət?
Maraqlı məlumatlar
10.09.2017 9
Tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilər

Gözəllik qadın üçün önəmli nüansdır. Ancaq zaman-zaman gözəllik xatirinə edilən yanlış addımlar insanı peşman olmağa vadar edir. Müxtəlif tatuajlar, gellər, botoks, uğursuz əməliyyatlar bunlara misal göstərilə bilər. İlk əvvəl gözəl görünsə də, bir müddət sonra insanı yoran, ən pis halda fəsad verən bu üsullara əl atanlar da az deyil.



Müxtəlif görünüş dəyişdirici, estetik müdaxilələrə açıq olan Avropa ölkələri belə son illər olduqca çox baş verən fəsadlardan çəkinməyə başlayır. Hətta makiyajdan belə imtina edib sadə gözəlliyə üstünlük verən avropalıların imtina etdikləri isə Azərbaycana ayaq açar-açmaz xanımlarımızın marağını çəkir. Bir müddət olduqca çox yayılan şişirdilmiş dodaq dalğası daha sonra yerini tatuaj qaşlara, müxtəlif botokslara verməyə başladı. Hazırda isə dəbdə yuyulsa belə getməyən makiyajlardır. O makiyajlar ki, xanımların üzünə 1 illik, hətta daha çox müddətə tətbiq olunur və tibbi müdaxilə olmadan heç bir vasitə ilə bu makiyajları silmək olmur. permanent makiyaj adı ilə məşhurlaşan makiyajın ən qorxunc tərəfi isə bunu hətta ən adi salonların belə tətbiq etməsidir.

Estetik gözəllik uzmanı, Türkiyədə ixtisaslaşan Mərvə Uğurun sözlərinə görə, permanent makiyaj yalnız ehtiyac olduğu an edilməli, qüsurların örtülməsi üçün istifadə olunmalıdır. Üzdə olan əyər-əskikləri yox etmək üçün tətbiq olunan makiyaj ifrat dərəcədə çirkin görünmür və bu cür müdaxilə əksinə qadını gözəl göstərir: "Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilərsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilər. Buna görə allergiyaya meylli xanımlar bu proseduradan çəkinməlidir. Edilən permanent makiyajdan öncə bir sıra testlər tətbiq olunmalıdır ki, arxayın olasan. Əks halda edilən makiyaj mənfi təsir verə, hətta insanı şoka belə sala bilər".

M.Uğur qadınlar arasında enli dodaq makiyajın daha çox istənildiyini deyir. Bu cür makiyajın çox insana yaraşmadığını qeyd edən müsahibimiz qeyd edir ki, makiyaj 1 aylıq edilərsə, daha effektiv və daha münasib olar. Əks halda yaşam müddətində eyni makiyajla gəzmək qadınları bezdirər: "Gündəlik yaşamda elə məkanlar var ki, ora makiyajla getmək heç də düzgün sayılmır. Bu baxımdan risk edib 1 illik permanent makiyaj edilməməlidir. Eyni zamanda, xanımlar bilməlidirlər ki, keyfiyyətli boyalarla edilən makiyajın qiyməti ucuz ola bilməz. Əgər ucuzdursa, bu, artıq materialın keyfiyyətsizliyindən xəbər verir və bir müddət sonra izlər silinməyə və ala-bula görünməyə başlayır".



Dində permanent makiyaj heç də xoş əməl kimi qəbul edilmir. İnsanın bədəninə müdaxiləsi, dəyişdirməsi, verilən gözəlliyi qəbul etməyib yeniləmək arzusu şeytan əməli kimi qəbul edilir. Hacı Kamilin sözlərinə görə, qalıcı bəzək (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə, bəzəyin özü də bədənin bir hissəsinə çevrilir: "Bəzək məsələsində bu məqama xüsusilə fikir vermək lazımdır. Üz və bədən nahiyəsinə bəzək vurdurmaq və vurmaq peyğəmbərimiz tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək, qalıcı boyalarla bəzək vurmaq və vurdurmaq dini cəhətdən düzgün deyil, qadağandır".



İstənilən halda qadınlar nəzərə almalıdırlar ki, permanent makiyaj olduqca ağrılı bir prosedir və yerli keyidilmə olmadan bu cür makiyajın edilməsi mümkün deyil. permanent makiyaj olduqca diqqət və əl qabiliyyəti tələb etdiyindən qadınların iş zamanı ağrıdan tərpənməsi nəticənin uğursuz olmasına səbəb ola bilir. Məhz bu səbəbdən keyidilmə mütləqdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!