Allah bilsin, bu mənə yetər!

Allah bilsin, bu mənə yetər!
Maraqlı məlumatlar
10.09.2017 12
Adam var, dünyaya xoş görünmək istəyər, istəyər ki, onu öysünlər,
tərifləsinlər, getdiyi hər yerdə hörmət-izzət göstərsinlər; adam da var,
dönüb dünyanın üzünə də baxmaq istəməz, yaxşı bir işi oldumu, dünyadan
da gizləyər, onun içindəkilərdən də...

"Allah gördümü, Allah bildimi, bu mənə yetər, başqalarının bilmələrini,
görmələrini istəmirəm” düşüncəsi ilə yaşayan bu insanlar hər əməlinin
qarşılığını ancaq Allah-Təaladan diləyərlər. Ehsan şüuru, yəni Allahı öz
qarşısında görürmüş kimi Ona ibadət edən, hər məqamda "Mən Allahı
görməsəm də, Allah məni görür” məntiqi ilə yaşayan bu insanlar tarixin
hər mərhələsində dünyanın müxtəlif coğrafiyalarında boy veriblər.



İmam Zeynəlabidin Rəsulullahın (s.ə.s.) soyundan gələn QIZIL ZƏNCİRdə
yer almış mübarək zatlardan biridir və onun həyatı bu sahədə örnək
göstərilməyə layiq gözəlliklərlə doludur.



Mədinənin kasıbları hər səhər yuxudan ayılanda evlərinin qapısında ərzaq
dolu bir kisə görərdilər. Onlar bu vəziyyətə elə alışmışdılar elə
bilirdilər ki, elə belə də olmalıdır. Bu vəziyyət aylar, illər uzunu
davam edir. Bir səhər kasıblar yuxudan oyanıb hər gün qapıda görməyə
adət etdikləri ərzaq torbasını görmürlər. Aradan az keçməmiş xəbər
yayılır ki, Peyğəmbərimizin nəticəsi İmam Zeynəlabidin Haqqın rəhmətinə
qovuşub. Hamı tez İmamın evinə axın edir. İmam Zeynəlabidinin cənazəsini
yuyat yerinə götürürlər və az sonra qəssal (meyiti yuyan, meyitə qüsl
verən) hönkürərək özünü yuyat yerindən bayıra atır. Səbəbini soruşanlara
da deyir ki, hər gecə kasıbların qapısına ərzaq kisəsi daşıyan adam elə
bu mübarək zat imiş. Adamlar İmam Zeynəlabidinin cansız cəsədinin
çiynindəki kəndir yağırını görüb, göz yaşlarını saxlaya bilmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!