Sevdiklərimizi təpikləməyə artıq ana bətnindən başlıyırıq...

Sevdiklərimizi təpikləməyə artıq ana bətnindən başlıyırıq...
Maraqlı məlumatlar
10.09.2017 27
Burdayam... Lap yaxınlığında... Hiss edirsən!? Ürək döyüntülərimiz belə bir döyünür. Həmişə ətrafındayam qorxma!

Heç vaxt da tək buraxan deyiləm səni, bilirəm axı sən xəyanətləri bağışlayan deyilsən, mənsə təklikdən çox qorxanam.

Lap yanındayam.Bir nəfəs qədər. Duyursan məni!?

Mən boylandıqca sənin qəlbinə sanki özümü görürəm.

Seçmisən özünə yalnızlıqlara bəzədiyin otağını, halbuki sakinləri nə çoxdu otağının, ətrafın nə genişdi.

Bilirsən əslində, sən gözlərini belə yumanda mən yanında oluram, bir dəfə çağırsan laaap tez gəlirəm yanına.

Bəzən qovursan məni, bezirsən məndən incisəm də, səni tək buraxmıram, buraxan da deyiləm.

Bilirəm ki mənə yenə də ehtiyacın olacaq.

Bir də sən yalnız olanda ancaq mənimlə danışırsan axı.

Mənə sənsizlik yaraşmır.

Eqoistəm, ancaq sənə aidəm individual və təkrarsız olduğumu da bilirəm.

Mən burdayam.

Başqasını axtarma bu mənəm - Sənin düşüncələrin!

(V.Abbas)



"İtirdiklərim arasında ən çox ağlım üçün darıxıram.”

(Mark Tvein)



"Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.”

(İ.Ten)



"Hər kişi həyatında mütləq bir qadını ömür boyu sevər. Hər qadın bir kişiyə mütləq ömür boyu əzab çəkdirər.”

(P. Coelho)



"Sevdiklərimizi təpikləməyə artıq ana bətnindən başlayırıq. ”

(Ece Ayhan)



"İnsan azad doğulur, lakin mən onu hər yerdə zəncirdə gördüm!”

(J.J. Russo)



"Egər əşyalar qiymətləndirilməsə, oğru da olmaz "

(Lao Tszi)



Yazıq düşüncə...

Görəsən fikirlər nə vaxta kimi onu yoracaq?

Daha neçəsi "bağışla" nidasıyla qəlbə toxunacaq.?

Bu qış görəsən neçə sərçə donacaq?

Gözləmə,gələcək onsuzda gələcək.

Əllər göyə açılanda,gözlər yolları sevəcək.

Hərədən bir təsəlli:

O dönəcək!

Qış,bahar,payız da,bitəcək.

Yenə yagış,yenə külək əsəcək.

Yəni küləkmi gətirəcək?

Yoxsa o damı ümüd verəcək pıçıltısıyla:

O dönəcək...

Gedirəm...

Yolum uzun,mənzilim uzaqlardı.

Mənə əziz mənzərə bu dənizdi,dəli dalğalardı.

Bu şəhərdə tapmadım günəşi,tapmadım arzuları.

Gedirəm indi yoraraq ayaqları.

Tanış notlar,tanış musiqi.

Maestro,bağışlasın tuta bilmədim ritmi.

(Ş.Xəlil "Adsız yol" kitabından)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!