Asqırmaq haqda maraqlı faktlar

Asqırmaq haqda maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 8
Asqırmaq - insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir
sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu
məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq
haqda bir sıra maraqlı faktları təqdim edirik:



1. Asqırmağa ən çox səbəb olan əlamətlər;



- Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin
tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.



- Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.



- Burunda poliplər.



- Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.



- Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun yolu və ağız quruduqda.



- Gözlərin parlaq işıqdan qıcıqlanmas( əsasən günəş işığından)



- Soyuq havalarda, asqırmaq adətən soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı.



- Həmçinin hamiləlik zamanı baş verir ki, buna səbəb hormonal dəyişikliklərdir.



2. Asqırmanın mərkəzi - uzunsov beyin sayılır. Uzunsov beyin həmçinin,
öskürmə, qusma, göz yaşının ifraz olunması və göz qırpması kimi müdafiə
reflekslərinin mərkəzidir. Beyinin bu hissəsi zədələndikdə, bu
refleksləri itirmək mümkündür.



3. Asqırmaq, anadangəlmə refleks olduğuna görə, başladıqda onu
dayandırmaq mümkün deyil. Proses qeyri ixtiyari başlayıb, heç bir
kontrola tabe olmur.



4. Asqırmanı saxlmaq ziyandır. Burunu sıxıb, ağzınızı bağlayaraq,
asqırmanı saxladıqda, siz, qulaq pərdəsini zədələmə təhlükəsi
yaradırsınız. Çünki təzyiq burun- udlaqla orta qulağı birləşdirən,
Evstaxiev borusuna yönlənir. Bu prosesi saxladıqda, qan damarlarının
partlaması, burundan qan axma, baş ağrısı, bəzi hallarda görmə
qabiliyyətini itirmə kimi hallara rast gəlinir. Bundan əlavə asqırma
zamanı orqanizm mikrob və allergenlərdən azad olur.



5. Yuxuda asqırmamağımızın səbəbi odur ki, asqırmağa cavab verən sinirlər də bu zaman istirahət edir.



6. Asqırma zamanı nə baş verir? İlk olaraq, qıcıqlanma baş verir, dərin
nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs
bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri və
qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs
bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş
verir.



7. Asqırma zamanı havaya 100000 mikroorqanizm atılır. İnsan asqırdıqda
burun və ağzını tutmadıqda ətrafında olan 150 insana bakteriya ötürə
bilər.



8. Sonda isə bu təbii bir refleks olduğuna görə, aydın olur ki nahaq
yerə baş vermir. Bu proses orqanizmi qoruyur və immun prosesin əsasını
təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad
cisimlərin qovulmasını təmin edərək, sağlamlığımızı qoruyur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!