İki ərlə bir yaşayan arvad: "Elə bəxtəvərəm ki..."

İki ərlə bir yaşayan arvad:
Maraqlı məlumatlar
10.09.2017 15
Bir övladı olan bu qadının iki əri var və ərləri ilə bir evdə yaşayan qadının dediyinə görə, yalnız belə bəxtəvər ola bilir.
"USA Today"ə istinadən bildirir ki, 34 yaşlı Cayya Ma 6 ildən bəri əri, 49 yaşlı Con Hanoverlə nikahda idi. Onlar həyatlarından narazı deyildilər. Lakin Cayya qatıldığı rəqs dərnəyində 44 yaşlı müəllim Yan Ferqüssonu görəndə ona vurulur. Həmin tanışlıqdan bir il sonra isə İmon doğuldu.
Cayyanın dediyinə görə, Yanla əlaqələrini ərindən gizli saxlamamaq qərarına gəlib və hər şeyi ərinə danışıb.
"Ərim çox gözəl insandır. Con məni diqqətlə dinlədi, bir qədər susdu. Sonra dedi ki, əgər Yanı çox sevirəmsə, birlikdə yaşaya bilərik. Bilsəniz, necə sevindim..." - Cayya söyləyir.
Kaliforniyanın Topanqa şəhərində intimoloq işləyən Cayya Ma daha sonra sözünə belə davam edib: "Çox bəxtli insanam. Çünki iki ağıllı, gözəl və həlim insanla yaşayıram. Onlar mənə və oğlum İmona böyük önəm verirlər, bizi sevirlər".
Cayyanın dediyinə görə, yeganə problem oğluna iki atasının olmasını başa salmaqdır.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!