Qara məxmər və ağ mürəkkəb...

Qara məxmər və ağ mürəkkəb...
Maraqlı məlumatlar
10.09.2017 20
Mənə desəydilər ki,sən doğulanda səni hamı tərk edəcək mən yenə də doğulmaq istərdim.Çünki,xəstəxana künclərində dayanıb birdən körpənin ağlama səsini eşidənlər,əllərində hədiyyələrlə ananı ziyarətə gələnlər düşünürlər ki,həmişə onun yanında olacaqlar....mənimsə yanımda heçkəs olmasın doğulanda..içərisi heliumla dolu şarlarla,qəlbləri eqoizmlə dolu olanlar da gəlməsin...qulağıma azan da oxunmasın...mən yalnız öz səsimi eşitm?k istəyirəm...mən ölmək üçün doğulmayacam....mən bu dünyaya o dünyada ağ mürəkkəblə qara məxmərə qazıdığım bir neçə söz qoyub uçacam...amma bu dəfə qanadlarım olmayacaq...mən istəmirəm ki,kimsə mənim yükümü xəfiflətmək üçün məni dinləyirmiş kimi gözlərimin içinə əsrlərlə baxsın bir şey anlamadan...əllərimin,ovuclarımın məsamələri arasındakı istini yanan ümidlərə dəyişməyəcəm mən başqası üçün...sonra milyardlarla ulduzun altında əllərimi tutarsan...və qəlbimizə şığıyar gecə ulduzlarının parıltısı.indi sən de görüm mən doğulanda o yanımda olan kimsələr başa düşərmi ki məni...anlarmı heç...demə ki,anlarlar..anlamazlar..anlasaydılar sən indi orda olmazdın......yenə qar yağdı bu şəhərə...dəfn etdi bəzi hissləri ən azından..sükutdur,sus..Sus,sadəcə sükut nalə çəksin, qışqırsın.Onun səsini eşitmək istəyirəm,qulağım batsın istəyirəm...Biri məni tutub silkələsin,qarla dolu qurumuş budağı silkələyən kimi...bəyaz qar dənələritək yorğunluğumu alsınlar məndən...mən sənə demişdim,demişdim ki,xəyallarının ardınca qaç,əlbəttə bir gün yorulacaqlar....Sənsə dedin ayaqlarımı hiss etmirəm.Bu soyuqluq məni dondurur..deyəsən ölürəm...Qara məxmərin yükü ağırdır,dost..Boğar səncə bu dünyanın izdihamını?Soyuq otağımda yaratdığım bu lirika..."məsum doğulmaq" hər insanın frazeoloji vahididir.Amma "yalnız doğulmaq" təkcə mənə aiddir.Başqa heçnə.."yarımçıq yaşamaq"sa ikimizin arasındakı incə cizgidir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!