Sağ tərəf üstə yatın!

Sağ tərəf üstə yatın!
Maraqlı məlumatlar
10.09.2017 73
Sağ tərəfi üstə yatmaq çox faydalıdır - nəfəs çatışmazlığı və ürək
narahatlığı olanlar yatarkən sağ tərəfi üstə yatmalıdırlar...

Sağ tərəfdə yatanda, yatılan istiqamətdən asılı olaraq olaraq burun
dəliklərinin biri tıxanarkən, digərinin açıldığı və tənəffüsün açıq
olan burun dəliyindən edildiyi araşdırmalarla təyin olunmuşdur.

Bundan başqa nəfəs alınan burun dəliyi ilə beynin yarımkürələri və
simpatik-parasempatik sinir sistemləri arasında bir əlaqə olduğu da
sübut edilmişdir.

Sağ tərəfə yatış vəziyyətində, sağ burun dəliyi tıxanmaqla, sol burun
dəliyi açılı olur. Sol burundan edilən nəfəs alma ilə sağ beyin
yarımkürəsinin fəaliyyəti artır. Sağ beyin yarımkürəsinin xəbərdar
edilməsi, parasempatik sinir sisteminin fəaliyyətinin artırmasına, ürək
döyüntüsünün yavaşımasına, təzyiqin düşməsinə və mədə-bağırsaq
fəaliyyətinin yavaşımasına səbəb olur. Bu səbəbdən ürək daha az
yorulur, yuxuya getmə daha da asanlaşır ki, bu da orqanizmin normal
istirahətini təmin edir.



Sol tərəf üstə yatılanda nə olur?

Sol burun dəliyinin tıxanması ilə birlikdə sağ burundan nəfəs alınması,
sуmpatik sinir sisteminin fəaliyyətində artıma gətirib çıxarır ki, bu
vəziyyətdə adam həyəcanlanmış kimi olur və ürək döyüntüsünün
sürətlənməsiнlə ürək daha da yorulur. Buna görə yuxuya getmə çətinləşir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!