Ağıllı olmaq üçün cəmi 7 gün ;)

Ağıllı olmaq üçün cəmi 7 gün ;)
Maraqlı məlumatlar
10.09.2017 46
Bir gün yataqdan qalxıb daha ağıllı olduğunuzu görməyi kim istəməz ki? Bu dilək hər nə qədər utopik olaraq görünsə də bir elm adamının yeni metodu bu arzunu reallaşdırmaq imkanını verir.



Belə ki, o, 1 həftəyə qədər qısa bir müddətdə, zəkanı yüzdə 40 miqdarında artırmanın mümkün olduğunu ortaya qoydu. Beynin hər hansı bir əzələ kimi olduğunu və gimnastika ilə güclənəbiləcəyini önə sürən İsveçdəki Edinburgh Universitetinin Biomedikal Fakultəsindən Prof. Mark Lythgoes’in 1 həftə davam edən proqramı BBC-də nəşr olundu.



Proqrama qatılan 100 adamın IQ’larında, yüzdə 40 nisbətinə çatan artım görüldü.

Bu artım iştirakçıların proqramaqatılmadan əvvəl girdikləri testlə, proqramdan sonra tətbiq olunan test nəticələri müqayisə əldə edildi.



Zəkanınızın güclənməsi üçün 7 gün bunları etməyi məsləhət görürlər:



Şənbə: Dişinizi hər vaxt istifadə etdiyini əlinizlə deyil, digəriylə fırçalayın. Gözünüzü bağlayaraq duş alın.



Bazar: Sabah saatlarında krasvord həll edin. Təmiz havada gəzintiyə çıxın.



Bazar ertəsi: Axşam yeməyində yağlı balıq yeyin. İşə ya gəzərək, ya velosipedlə, ya da daha öncə istifadə etmədiyiniz bir vasitə ilə gedin.



Çərşənbə axşamı: Lüğətdən bilmədiyiniz yeni sözlər öyrənin və bunları gündəlik danışığınızda istifadə edin.



Çərşənbə: Yoga, ya da meditasiya dərslərinə qatılın. Daha öncə tanımadığınız bir insanla ünsiyyət qurun.



Cümə axşamı: İşə daha öncə istifadə etmədiyiniz bir yoldan gedin. Televiziyadakı ciddi məlumat proqramlarını izləyin.



Cümə: Spirt və kofein tərkibli məhsulların istifadəsindən yayının. Alış-verişə çıxarkən siyahını əzbərləməyə çalışın.



Nəticədə Siz özünüzü Eynşteyn kimi hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!