Yuxunun faydaları o qədər çoxdur ki

Yuxunun faydaları o qədər çoxdur ki
Maraqlı məlumatlar
10.09.2017 12
Yuxu, insan orqanizmində enerjini artırır, stresi azaldır və sağlamlığımızı qoruyub saxlamaqda kömək edir. Mütəxəssislərin fikrincə, hər bir insan hər gün 7-8 saat yatmalıdır. Bu sağlamlıq üçün vacibdir.

Çünki yuxu orqanizmin yaxşılaşmasına və yorğunluğun aradan qalxmasına kömək edir. Bunlardan başqa yuxunun orqanizmə bir çox faydası var:

Artıq çəkidən xilas edir. Gecə doyunca yatmaq, istirahət etmək artıq çəkidən xilas olmağınıza kömək edir. Yuxusuzluq iştahı artıran "grelin” hormonu artırır. Bu zaman doyduğumuzu göstərən "leptin” hormonu azalır. Buna görə də, artıq çəki almamaq üçün müntəzəm olaraq yatmaq, istirahət etmək lazımdır.

İmmunitet sistemini gücləndirir. Müntəzəm yuxu vərdişi immunitet hüceyrələri və immunitet sistemi proteinlərini aktiv saxlayaraq onların xəstəliklərlə mübarizə aparmalarına kömək edir. Bu zaman insan orqanizmi qrip, soyuqdəymə və digər infeksiyalara qarşı daha yaxşı mübarizə aparır. Bundan əlavə, yuxu peyvəndlərin də daha təsirli olmasını təmin edər.

Ürəyin sağlam qalmasına kömək edir. Yuxusuzluq yüksək qan təzyiqinə, infarkta və bir çox ürək problemlərinə, xəstəliklərinə səbəb ola bilir. Yuxusuzluq stress hormonlarını artırır. Buna görə də ürək daha çox yorulur.

Qəza ehtimalını azaldır. İnsan yuxusuz qalan zaman səbirsiz olur və diqqətini cəmləyə bilmir. Bu da avtomobil qəzəlarına səbəb olur. Hər gecə nizamlı olaraq 6-7 saat yatanların qəza etmə riski 8 saat yatanlara görə daha çoxdur. 5 saatdan az yuxu isə qəza riskini 4 qat artırır.

Enerjini yüksəldir. Yuxunuzu kifayət qədər aldığınızda özünüzü daha optimist və həyat dolu hiss edərsiniz. Bu zaman əhvalınız yaxşı olar və daha az əsəbiləşərsiniz. Ancaq bir gecə belə yuxusuz qalsanız ertəsi gün əsəbi və kefsiz olarsınız.

Beyni qidalandırır. Kifayət qədər yatmaq konsentrasiyanı və zehni funksiyaları inkişaf etdirir. Yuxusuz keçən bir gecə bütün günü başınızın ağrımasına səbəb ola bilər.

Ünsiyyət qurmağa kömək edir. Yuxusuzluq gərginliyə, əsəbiliyə səbəb olur. Az yatan insanlar çox vaxt gərgin olurlar və ətrafdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Belə insanlar iş yoldaşları, dostları, hətta ailə üzvləri ilə daha çox problem yaşayırlar. Yuxu vərdişləriniz ətrafınızdakı insanlar üzərində təsiri olduqca böyükdür.

Ağrını azaldır və dözümlülüyü artırır. 2012-ci ildə "Sleep” adlı jurnalda nəşr olunan bir məqaləyə görə, alimlər insanları iki qrupa ayıraraq bir təcrübə aparıblar. Birinci qrup gecə 9 saat yatanlar, digər qrup isə 7 saat yatanlar olublar. Təcrübə iştirakçıları istilik yayan cihaza barmaqlarını tutublar. 9 saat yatan qrup digər qrupa nisbətən, istiliyə 25 faiz daha uzun müddət dayana bilib. Araşdırmaya görə, uzunmüddətli gecə yuxusu ağrıya qarşı müqaviməti artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!