Qadınlar gününün tarixi

Qadınlar gününün tarixi
Maraqlı məlumatlar
10.09.2017 30
Beynəlxalq Qadınlar Günün qeyd edilməsi almaniyalı sosial-demokrat Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edən 40 min toxucu fəhlənin üzərinə polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlənin ölməsi hadisəsi ilə bağlı həmin günün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edib.

1977-ci ildə BMT Baş Məclisində 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul ediləndən sonra bütün dünyada həmin tarix Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlanıb.

Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Ölkədə bu gün qeyri-iş günü elan edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!