Şipşirin və rahat yuxu üçün dərmansız, asan vasitələr

Şipşirin və rahat yuxu üçün dərmansız, asan vasitələr
Maraqlı məlumatlar
10.09.2017 64
Narahatlıq keçirməyə ehtiyac yoxdur, çünki yaz aylarında bu, normal
haldır. Odur ki, bu vəziyyətinizdən maksimal dərəcədə yararlanmağa
çalışın.



Gecə rahat yatmaq üçün ilk növbədə yaxşı yuxuya getmək və rahat yatmaq üçün bir neçə mərhələdən keçmək gərəkdir.



Birinci mərhələ - su prosedurlarıdır. Yatmazdan öncə efir yağları ilə
vanna qəbul edin. Çobanyastığı və lavanda yağları daha çox məsləhətdir.
Bu prosedur bədəninizə rahatlıq gətirib, yorğunluğu çıxaracaq. Qeyd edək
ki, su nə çox isti, nə də çox soyuq olmalıdır. Yoxsa əks nəticə göstərə
bilər.



İkinci mərhələ üzün masajıdır. Bunun üçün xüsusi maska köməyiniz olacaq:
iki xörək qaşığı zeytun yağı, 1-2 damcı darçın yağı, 2-3 damcı
çobanyastığı yağı, 1-2 damcı adaçayı (şalfey)yağı.



Masajı bu qaydada aparın:



Əlinizi alnınıza qoyub mərkəzdən, kənarlağa doğru hərəkət elətdirin.



Göz ətrafınızı yumşaq əl hərəkətləri ilə ovuşdurun.



Belə masaj hərəkətləri nəinki immuniteti gücləndirir, hətta qırışlarla mübarizədə də kömək edir.



Yatmamışdan öncə otlardan dəmlənmiş çay için. Tərkibinə süd qatılsa, daha yaxşı olar. Bal, qənd, şəkər tozu məsləhət deyil.



Yatağa uzananda bir-iki dəfə dərindən nəfəs alın.



Yuxunuz şirin olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!