Tarixin ən məşhur Azərbaycan qadınları - siyahı

Tarixin ən məşhur Azərbaycan qadınları - siyahı
Maraqlı məlumatlar
10.09.2017 34
Azərbaycan tarixində Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan, Heyran xanım, Nigar Rəfibəyli kimi şairələr, Uzun Həsənin anası Sara Xatun, Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım kimi qadınlar olub.

 

Tarixin ən məşhur Azərbaycan qadınlarının bəzilərini təqdim edirik.



Azərbaycanın ilk qadın yazıçılarından, maarifçi Şəfiqə Əfəndizadə.

General A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya.

İlk azərbaycanlı kimyaçı-qadın – İzzət Orucova.

İlk həkim-ginekoloq – Ədilə Şaxtaxtinskaya.

Azərbaycan Tarix Muzeyinə başçılıq edən – tarixçi, akademik Püstəxanım Əzizbəyova.

Azərbaycanın ilk bəstəkar qadını - Rzayeva Ağabacı.

İlk peşəkar opera müğənniləri – Fatma Muxtarova və Şövkət Məmmədova.

İlk sənətkar rəssamlar – İzzət Seyidova, Gülnaz Salamova, Ceyran Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva.

Azərbaycanın ilk qadın kinorejissoru, "Molla Nəsrəddinçi” Əli Qəmkusarın qızı - Salamzadə Qəmər.

İlk heykəltəraş qadınlar – Elmira Hüseynova, Münəvvər Rzayeva.

İlk sənətkar balerinalar – Qəmər Almaszadə, gözəl sənət ustası Leyla Vəkilova.

Məşhur rəqqasələrimiz -  Əminə Dilbazi; Roza Cəlilova.

Dünya çempionları, idmançılar – Aynur Sofiyeva və stend üzrə nişanalma idman növündə Olimpiya Çempionu Zemfira Məftixatdinova.

Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik Zərifə Əliyeva.

Yazıçılar – Əzizə Cəfərzadə və Ələviyyə Babayeva.

Caz-muqam sintezini əldə edən bəstəkar Firəngiz Əlizadə.

Şərqdə ilk opera yazan bəstəkar qadın- Şəfiqə Axundova.

Azərbaycanın ilk maarifçi qadınlarından, xeyriyyəçi, tərcüməçi - Həmidə Cavanşir (Məmmədquluzadə)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!