Yuxularımızı kimlər yoza bilər?

Yuxularımızı kimlər yoza bilər?
Maraqlı məlumatlar
10.09.2017 16
İnsanlar həyatlarının təxminən 31%-ni yuxuda keçirirlər. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Yuxu, gündəlik işlərdən yorğun düşən insan bədəni və sinirlərinin istirahət etmə zamanıdır.



Yuxuda yaşananlar inanılmayacaq qədər sürətlə baş verir. Bir neçə dəqiqəlik yuxu əsnasında belə çox uzun davam etdiyini düşündüyümüz qəribə, çaşdırıcı və çox dəyişik hadisələr bir-birini izləyir. Qədim dövrlərdən indiyədək primitiv cəmiyyətlərdə yuxulara çox önəm verilir. Qədim insan yuxuların qorxulu tanrılar tərəfindən verilən ərmağan və cəza olduğunu düşünürdü. Daha sonra kahinlər görülən yuxuları şərh etməyə başladılar. İlk yuxu şərhçilərinin hansı dövrdə meydana çıxdığı bəlli olmasa da, o dövrlərdə Babil kahinləri adıyla məşhur idi. Zamanla müəyyən yuxuların mənaları da konkretləşməyə başladı. Qədim misirlilər, yunanlar və ərəblər yuxuyozmaları haqqında kitablar yazmağa başladılar.



Mütəxəssislərə görə, yuxu bir neçə səbəblə görülür. Psixoloq Aynur Əlibəyli bildirir ki, aparılan araşdırmalara görə, yuxular 6 cür olur. Yorğun, hər zaman eyni mövzu haqqında düşünən insan qarmaqarışıq yuxular görür: "Bu cür yuxular yozulmur. Məsələn, televiziyada həyəcanlı bir filmə baxan insan həmin hadisələri yuxusunda görə bilər. Bu, filmin təsirindən görülən yuxudur".



İkinci növ yuxular kabus və qarabasmalardır. Məsələn, yuxuda gözəl bir hadisə qorxunc hal ala bilər, gördüyünüz insanların üzü dəyişə bilər. Kabus yuxuların yozumu olmur. Kabusları, yuxuda bir dəfə görülən qorxuducu səhnələrlə qarışdırmamaq lazımdır.



Psixoloq deyir ki, qarabasma görən insan yuxuda olduğunu hiss edərək oyanmaq istəyir, amma bacarmır. Yuxudan ayıldığını düşünər və kabus davam edər. "Hər bir insan həyatı boyu bir neçə dəfə kabus görür. Tez-tez kabus görən insanların sinirləri zədələnmiş ola bilər. Belə insanlar həkimə müraciət etməlidir".



Üçüncü növ yuxular isə gerçəkləşən yuxulardır. Hansı ki, belə yuxular dəyərli yuxulardır. Ümumiyyətlə, hissiyyatlı insanlar, kahinlər belə yuxular görə bilirlər. Məsələn, insan illərdir rast gəlmədiyi dostunu yuxusunda görə bilər. Bir müddət sonra həyatda dostu ilə qarşılaşar. Belə yuxular gerçək yuxulardır. Bu cür yuxu görənlər diqqətli davranmalıdırlar. Gördükləri şeyləri yaxşıya yozmağa çalışmalıdırlar.



Dördüncü növ yuxuları hər kəs görür. Belə yuxular tez-tez görülən yuxulardır. Məsələn, insan yuxuda uzun-uzadı hadisələr görsə belə, yadında ancaq müəyyən hissələri qalmış olur. Yadda qalan anlar yozula bilir. Yuxuyozmaları belə yuxular üçün önəmli hesab edilir. Belə yuxularla da diqqətli olmaq lazımdır. Çünki yuxu necə yozulursa, elə də həyata keçir.



Beşinci növ yuxular yuxu içində görülən yuxulardır. Belə yuxu zamanı insan yuxusunda gördüyü yuxunu elə yuxusunda da yozar. Və bu da gerçəkləşər.



Altıncı növ yuxular maraqlı yuxulardır. Çünki bu yuxuları insan həyatı boyu dəfələrlə görə bilir. "Məsələn, yuxusunda daim eyni evə girdiyini, eyni küçədə durduğunu və s. görə bilər. Halbuki özü nə o evi, nə də küçəni tanıyır. Və ya insan yuxuda eyni hadisəni dəfələrlə təkrar yaşaya bilər".



Mütəxəssislərin fikrincə, görülən yuxular yatdığımız zamanın 10020-ni təşkil edir. Belə ki, 8 saat yatan bir insanın yuxusunun ilk saatı ağır və yuxusuz keçir. Bundan sonrakı on dəqiqə içində yuxu görülür və sonra yenə bir yarım saat davam edəcək ağır yuxu dövrəsi başlayır. Sonra iyirmi dəqiqəlik bir yuxu və yenə bir yarım saatlıq ağır yuxu. Beləcə yuxu bitir.



Psixoloqlar bildirirlər ki, 20 saniyəlik bir yuxuda 6 aylıq zaman yaşana bilər. Amerikalı doktor Klein bir neçə könüllü üzərində apardığı araşdırmasından sonra bildirib ki, insanlar 3-5 saniyə ərzində gördükləri yuxuları saatlarla danışa bilir. Klein araşdırması zamanı belə qənaətə gəlib ki, ən uzun görülən yuxu 90 saniyəni keçmir.



Parapsixoloq Nailə Sultansoyun dediyinə görə, yuxunu hər adam yozmamalıdır. Yuxu yozan insanın 6 hissi olmalıdır. Yuxu yozan qarşısındakı insanın bütün hallarını nəzərə almalı, əsəbi problemlərə yol aça biləcək şərhlər verməməlidir. "Yuxular mütləq şəkildə yaxşıya yozulmalıdır. Yuxuyozan şəxsin dinlər, ənənələr, mədəniyyətlər və s. haqqında məlumatı olmalıdır".



Parapsixoloq bildirir ki, qəza zamanı görmə qabiliyyətini itirənlər yuxularında vizual obrazlar görə bilərlər. Doğuşdan görmə problemi olan insanlar isə şəkilli, obrazlı yuxu görə bilməzlər. Onların gördükləri yuxular qoxu və mənəviyyatla bağlı ola bilər. "Zehnimiz heç yoxdan simalar yarada bilməz. Yuxuda qarşılaşılan sifətlər həyatımızda üz-üzə gəldiyimiz, lakin kimə aid olduğunu bilmədiyimiz sifətlərdir. Hamımız həyatımız boyunca çox sayda sifət gördüyümüz üçün yuxumuzda da sərhədsiz görmə qabiliyyətinə sahibik. Yuxular simvolik mesajlar verir. Kişilər daha aqressiv yuxular görürlər".



Həmsöhbətimizin sözlərinə görə, səhər saat 4-5 arası görülən yuxular 3 gün ilə 2 ay arasında həyata keçir. Saat 10-11 arası görülən yuxular 15-30 gün, saat 12-də görülən yuxular eyni gündə gerçəkləşir. Günortadan sonra - saat 3-4 arası görülən yuxular 1-2 günə reallaşır. Axşamüstü görülən yuxular yozulmayan yuxulardır və gerçəkləşməz.



N.Sultansoy hesab edir ki, yuxunun gerçəkləşməsi görüldüyü günlə də izah edilə bilər. Məsələn, ayın 6-da görülən yuxu 1-2 günə, ayın 9-da görülən yuxu həmin gün gerçəkləşər. Ayın 10-da görülən yuxu 20 günə, 13-ü görülən yuxu 9 günə, 14-ü görülən yuxu 26 günə, 15-i görülən yuxu 3 günə, 16-sı görülən yuxu 2 günə gerçəkləşər. Ayın 28, 29 və 30-da görülən yuxular eyni gündə çin olur.



Çox xörək yeməkdən və ya spirtli içki qəbulundan sonra görülən yuxular yozulmamalıdır. İnsanlar gördüyü yuxuların 90 faizini unudur. Yuxu görmədiyini deyən insanlar da yuxu görür, ancaq unutduğu üçün görmədiyini düşünür. Hər insan rəngli yuxu görə bilmir. Rəngli yuxuları qadınların 60 faizi görə bilir. Mütəxəssislər bunu düşüncələrin rəngarəngliyi ilə əlaqələndirirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!