Həqiqət və yalan haqqında - Aforizmlər

Həqiqət və yalan haqqında - Aforizmlər
Maraqlı məlumatlar
14.11.2017 1 052
1. Doğruluğu adət etmiş adam təşviş və qorxudan həmişə arxayın olar...

2. Yalan danışmaq - öz mənliyindən əl çəkmək deməkdir...

3. Həqiqətin qarşısını heç bir sədd kəsə bilməz...

4. Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır..

5. Fəlakət yalançılıqda olduğu kimi,nicat da doğruçuluqdadır...

6. Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir...

7. İnsan yalana ülfət etdikdə, ağıl və istedad onu tərk edir...

8. Həqiqəti yalandan ayırmaqda gülüş tez-tez böyük vasitəçi olur...

9. Həqiqət həmişə sakit və təvazökardır...

10. Öz dilinə nəzarət edə bilməyən doğruçu ola bilməz...

11. Azadlığı və həqiqəti sevməyən güclü adam ola bilər, lakn heç vaxt böyük adam ola bilməz...

12. Yalan _ mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır...

13. Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur...

14. Həqiqəti hər kim inkar edirsə, özü ziyan çəkir...

15. Vaxt qiymətlidirsə, həqiqət ondan da qiymətlidir...

16. Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır...

17. Həqiqət hakimi ürək yox, ağıldır...

18. Dünyada ən gözəl nemətlərdən biri doğruçuluqdur...

19. Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanının üstünü örtsün...

20. Yağ suyun üzünə çıxdığı kimi, həqiqət də həmişə yalandan yüksəkdə durur...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!