2600 yaşlı beyin

2600 yaşlı beyin
Maraqlı məlumatlar
10.09.2017 9
İngiltərədə 2600 illik beyin tapılıb. Beynin yaxşı qorunmasına səbəb onun palçıqla örtülməsi olub.



Beyin qədim dövrdə başı öldürülən bir şəxsin kəllə sümüyünün içərisidə aşkar edilib. Alimlərin sözlərinə görə, kəllə sümüyünün sahibi ölümündən qısa zaman sonra gilli çuxura gömülüb. Oksigensiz qaldığı üçün orqan bu qədər yaxşı vəziyyətdə qalıb.



Arxeoloqlar kəllə sümüyünü tapanda içərisində beyin ola biləcəyini düşünməyiblər. Onun üzərini palçıqdan təmizlədikdə isə gözlərinə inana bilməyiblər.



Labaratoriya şəraitində aparılan yoxlamar zamanı kəllə sümüyü və beynin 26-45 yaş arası kişiyə malik olduğunu məlum olub. Onun e.ə V yüzilliyə aid olduğu deyilir.



Kəllə sümüyünün sahibi boynundan sərt zədə alıb, sonra isə boynu bıçaqla kəsilib.



Onun nə üçün belə vəhşiçəsinə öldürüldüyünü bilmək isə mümkün deyil. Öldürüləndən sonra isə sürətli şəkildə gillə gömülüb. Oksigensiz, havasız şəraitdə qalan cəsəd zaman keçdikcə çürüsə də, beyin kəllə sümüyünn içərisində qala bilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!