Xosbextsenmi?

Xosbextsenmi?
Maraqlı məlumatlar
10.09.2017 59
Yolda gedərkən, yeriməyə çalışan bir uşaq gördüm. Əlindəki taxta tutacaqları çətinliklə qaldırır və zəif bədəni ilə bir sağa bir sola yellənirdi. Üzünə baxılsa, 13-14 yaşlarından çox deyildi. Sanki ovsunlanmış kimi onu izlərkən, birdən yerə yıxıldı. Dərhal yanına qaçaraq qaldırmağa çalışdım. Səssizcə ağlayırdı. - İnşallah bir yerin ağrımadı, dedim. Olar belə şeylər kədərlənmə. - Kədərlənmirəm, dedi. Onsuzda mən çox kədərlənən deyiləm.- Yaxşı amma ağlayırsan, deyə cavab verdim. - Qolum ağrıdı, dedi. Ona görədir.Baxmaq üçün köynəyini sıyırdım. Sağ əli tam biləyindən kə idi. Buna görə bir tutacaq, digərindən fərqli şəkildə edilmişdi. Ayağa qalxdığında: - Gündə bir neçə dəfə yıxılmağa öyrəşmişəm, dedi. Keçən il yıxılanda, əlim avtomobilin altında qalmışdı.Söyləyəcək söz tapmaqda çətinlik çəkirdim. Təsəlli etmək üçün:- Kədərlənmə! dedim. Daha pis şeylər ola bilərdi. Bəlkə ilk dəfə üzümə baxaraq:- Kədərlənmirəm, deyə gülümsədi. Onsuzda mən çox kədərlənən deyiləm.- Bir az əvvəl eyni şeyi təkrar etmişdin, dedim. Niyə belə deyirsən?Titrəyən bədənini, əlindən gəldiyi qədər dikləşdirərkən:- Çünki mən Allaha inanıram, dedi. ONA ürəkdən inanan kəslər, cənnətdə heç ölümsüz bir bədənə sahib olmayacaqmı? Üstəlik də sapsağlam bir bədənə. Bu səfər susdum, nədənsə bir şey söyləyə bilmədim. Təşəkkür edib yanımdan ayrıldı.İndi mən o kiçik qəhrəmanın arxasından baxarkən, "Görəsən hansımız daha xoşbəxtdik?" deyə düşünürdüm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!