İnteraktiv stolda yemək yemək necə olar?

İnteraktiv stolda yemək yemək necə olar?
Maraqlı məlumatlar
10.09.2017 110
Toxunun və yemək anında qabınıza gəlsin! Üzərində yemek yediyiniz stol interaktiv olsa və bir toxunsanız yeməyin qaba necə yerləşdirildiyini görsəniz, içiniz rahat olsun deyə hərdənbir də stolunuzdan restoranın mətbəxinə nəzər salsanız, pis mi olar?



Qadınlar.Biz xəbər verir ki, Qrup halında ya da sevgilimizlə yeməyə gedirik, ancaq yenə də başımızı telefondan, tabletdən qaldıra bilmirik. Yaxşı o zaman niyə evdə yemirik yeməyimizi? Bir az dəyişiklik olsun deyə, deyilmi?



Budur sizə yenilik: Fərqliliyi və qeyri-adiliyi ilə rəqiblərini keçməyə çalışan "Inamo” adlı restoran elə bir şey etmiş ki, müştərilərini çaşdırdığı azmış kimi, birlikdə yemək yeyib, oyun oynayaraq əylənmələrini də təmin etmişdir. Necəmi?



İnteraktiv stolları ilə!



Londonun Soho bölgəsindəki "Inamo” restoranı ləzzətli Asiya yeməkləri və qeyri-adi stolları ilə fərqlənən bir məkandır. Yerlərinə oturan müştərilər  yeməklərini seçib, yeməyin qaba necə yerləşdirildiyini öz qabları üzərinə əks olunan görünüşlərdə görə bilir, gözləyərkən birlikdə oyun oynayıb əylənir, yemək nə vaxt gəlir deyə mətbəxə canlı olaraq bağlanır və yeməklər bitdikdən sonra da stola toxunub taksi çağıra bilirlər, daha nə olsun. Bir də yeməklər ləzzətlidirsə, gəl keyfim gəl!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!