"Təşəkkür etmək” haqqında (1-ci hissə)

Maraqlı məlumatlar
10.09.2017 10
"Təşəkkür etmək” nə deməkdir?

Qadınlar.Biz təqdim edir.



Təşəkkür etmək- bizə qarşı edilən bir yaxşılığın əvəzində deyilən nəzakət sözüdür. İnsan özünə qarşı edilən yaxşılığa yaxşılıqla cavab verməlidir. Təbii ki, elə həmin andaca qarşı tərəfə yaxşılıq etmək mümkün deyil. Bunun əvəzində "Təşəkkür edirəm”, "Çox sağ olun” və s. bu kimi xoş sözlər söyləmək lazımdır. Yaxşılıq edən adama təşəkkür etsək o adam da çox xoşbəxt olar.



Təşəkkür etmək bizim nə qədər hörmətli olduğumuzu göstərər. Təşəkkür etmək uşaqlara kiçik yaşdan etibarən öyrədilməlidir. Bununla əlaqədar hədislər də vardır.



Təşəkkür etmə Vərdişi.



Dünyada ən çox deyilən sözlərdən birinin məhz "Təşəkkür Edirəm" olduğunu xatırlatmaq istəyirəm. Siz də özünüzdə belə bir vərdiş yaradın və hər bir yaxşılıq üçün təşəkkür edin.



Harada, nə üçün və necə təşəkkür edilməlidir?



Hər yerdə, hər vaxt , hər bir yaxşılıq, hər bir xeyirli informasiya üçün təşəkkür edilməlidir. Məsələn, sizə bir stəkan su verən insana, ananıza və ya həyat yoldaşınıza "su gətirdiyin üçün təşəkkür edirəm” deyə bilərsiniz. Quru bir təşəkkür yerinə nə üçün təşəkkür etdiyinizi



ifadə etmənizdə çox fayda vardır. Təbii ki, gündəlik həyatımızda yalnız təşəkkür etmirik. Həmçinin sizə  təşəkkür edənlərə qarşı səssiz qalmamalısınız. Harada, nə üçün, nə səbəblə olursa olsun sizə təşəkkür edildiyində mütləq cavab verin. İçinizdən və ya səssizcə  demək yerinə gur bir səslə sadəcə aşağıdakı cümlələrdən birini söyləyə bilərsiniz.



"Mən də təşəkkür edirəm."



"Xahiş edirəm”



"Bir şey deyil"



"Əstəğfürullah" və s.



"Təşəkkür edirəm” ifadəsi müxtəlif dillərdə.



İndi isə dünyanın müxtəlif ölkələrində, müxtəlif yerlərində , müxtəlif millətlərdə  "Təşəkkür edirəm” necə deyilir, onlardan bəzilərinə bir nəzər salaq.



Türklər- teşekkür ederim



Ərəblər- şükran



İngilislər- thank you



Ruslar- spasibo



Almanlar- danke( dankeşön)



İtalyanlar- qrazie



Fransızlar- mersi



Yaponlar- ariqato



İspanlar- qrasias



Portuqallar- obriqado



Bolqarlar- blaqodarya



İsveçlər- takk



Macarlar- köszönöm



Xorvatlar- hvala



Rumınlar- multzumesk



Slovaklar- dakujem



Ukraynalılar- dyakuyu



Çinlilər- şi şiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!