Bundan sonra həyatı daha çox sevəcəksiniz

Bundan sonra həyatı daha çox sevəcəksiniz
Maraqlı məlumatlar
10.09.2017 10
Gündəlik həyatın məcburiyyətləri ucbatından bəzi düşüncələr elə xəyal olaraq qalır. Bu halda insanın həyat səviyyəsi enir və yaşamaq marağı, sevgisi azalır.



Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Daimi ruh yüksəkliyini qoruyub saxlamaq və həyata marağı artırmaq üçün nə etmək lazımdır?



Cəmi 10 üsulu tətbiq etməklə həyatı yenidən sevəcəksiniz:



1. Öncə evdəki bütün artıq, əl-ayağa dolaşan əşyalardan xilas olun. Həyatınızda yeni şeylərə yer açmaq üçün köhnələrdən xilas olamaq lazımdır. Bu həm də stres atmanıza və bəzi istənilməyən xatirələrdən xilas olmağa kömək edir.



2. Hər zaman olduğunuz məkanlardan fərqli yerlərə gedin. Bu fərqli bir evdə gecələmək, fərqli restoranda şam eləmək, fərqli bir şəhərə getmək olar bilər.



3. Gündəlik özünüzə müəyyən etdiyiniz rutindən kənara çıxın. Unutmayın, heç bir şeyi dəyişdirməsəniz, heç bir şey dəyişməyəcək. Kiçik şeyləri dəyişdirsəniz böyük şeylərin də dəyişdiyini müşahidə edəcəksiniz.



4. Yeni dostlar qazanmaq üçün səy göstərin. Əgər həyatınızda olmasını istədiyiniz biri varsa çəkinmədən yaxasından yapışın. Ya da elə birini tanıya bilərsiniz ki, həyatınıza rəng qatar.



5. Bütün boş zamanınızı evdə oturub film izləməklə keçirməyin. Bu halda başınıza maraqlı hadisənin gəlmə ehtimalı 0.1 %-dir.



6. Təbiət qoynunda daha çox vaxt keçirin. Mümkün qədər yalnız və telefonsuz. Ən azından Dağüstü parka çıxa bilərsiniz, ya da Nəbatət bağında gəzinti pis olmaz.



7. Sizi cəsarətləndirəcək pozitiv dostlarınıza planlarınız və hədəflərinizdən bəhs edin.



8. Bu zamana qədər xəyalını qurduğunuz hər bir şeyi dəyərləndirin. Hər birini ağlınızda tək-tək fokslayın və bir-bir ona nail olun.



9. Bir xəyalınızı gerçəkləşdirmək üçün mütləq şəkildə plan qurun, bu sizi həmin hədəfə daha çox yönəldər və işin həyəcanını artırar.



10. Əgər hesab- kitabı düzgün bacarırsınızsa istəklərinizi həyata keçirmək üçün kredit çəkin.



Son olaraq, unutmayın ki, insana ən böyük özgüvəni və həyat sevincini verən şey istəklərini öldürmək yox, həyata keçirmək cəsarətidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!