Şüuraltı düşüncənizi dəyişin - 5 yolu

Şüuraltı düşüncənizi dəyişin - 5 yolu
Maraqlı məlumatlar
10.09.2017 6
Bəzi insanlar hədəfləri və niyyətləri ilə ayaqlaşmayan qərarlar verirlər. Məsələn, səhər ertə qalxıb idmana getməli olsanız da, gecə yarısına kimi televizora baxırsız. Əlinizdə həftə sonuna qədər bitirməli olduğunuz layihəniz varsa, zamanınızın böyük qismini əyləncəylə, ya internetdə keçirməməlisiz. Arıqlamaq istəyirsizsə , şəkərli qidalar yeməməlisiz.



Bu cür avtomatik hala gəlmiş davranışlardan xilas olmaq hər zaman mümkündür.



Başqa bir nümunə: karyeranızı inkişaf etdirmək istəyiniz var, ancaq öyrənmə çətinliyiniz olduğundan özünüzü elə də çox zəkalı, bacarıqlı hesab etmirsiz. Şüuraltınızda bu inanclar sizin hədəfinizə yönələn addımlar atmanızın qarşısını alır. Şüuraltında onsuz da bacarıqsız olduğunuza çoxdan qərar vermisiz və bu da sizi hədəfinizə çatmaq üçün yarı yoldan qaytarır.



Bu düşüncələr şüurlu beyin xaricində baş verdiyi üçün bir çox insan onları qətiyyən nəzərdən keçirməz. Bilmədən bu düşüncələrlə hərəkət etməklə onları daha da gücləndirmiş olarsız. Vərdişlər də bununla yaranır. Bütün bu əngəllərdən xilas olmaq üçün şüuraltınızı dəyişdirməlisiniz.



1. Həyat keyfiyyətinizi pozan bu düşüncə qəliblərindən xilas olmaq istədiyinizə səmimiyyətlə yanaşın. Çox yemək, idmana getməmək, həmişə eyni həyat yaşamaq kimi düşüncə qəlibləriniz ola bilər.



Məsələn, çox yemək kimi düşüncəniz varsa, canınız nə zaman nəyi istəyir onu yemək haqqınızın olduğunu düşünə, ya da "yemək yemək məni xoşbəxt edir”, - deyə fikirləşə bilərsiz.



2. Hər davranış bir məqsədə yönəlib. Düşüncə qəlibinizdə var olduğunu düşündüyünüz məqsəd, ya da pozitiv bir niyyət təsbit edin. Bu inanc hansı məqsəd, ya da pozitiv niyyətə xidmət edir? Məsələn, çox yemənin arxasındakı pozitiv niyyət rahatlamaq, nəzarət etmək, zövq almaq, stress atmaq inancı ola bilər.



3. Bu inanclarla əlaqəli olan hər duyğunu önə çıxarın.

Duyğular şüuraltı beynimizin təməl dili olduğu üçün düşüncə qəliblərini şüur səviyyəsinə çıxardığınızda orda toplanmış olan duyğu enerjisini ifadə etmək imkanınız olur. Duyğular sizi keçmiş təcrübələrinizə bağlayan "yapışdırıcıdı”.



4. Hazırkı həyatınız və imkanlarınızı düşünərək sizə rahatlıq, qane olmaq duyğusu, xoşbəxtlik hissi yaşadacaq bu pozitiv niyyəti bəsləyəcək davranışlar, alternativ yollar müəyyən edin.



Şüuraltındakı pozitiv niyyət, sizi razı salacaq bir şey tapmasanız, keçmiş düşüncə qəlibləriniz yenidən dövrəyə girəcək. Buna görə özünüzə yeni məşğuliyyətlər tapın. Çətinlik çəkərkən dostlarınızla vaxt keçirin, məsləhətçi tapın, həzz və mükafat qaynaqları tapın.



5. Həyatınızın bu sahəsinə yönələn daha sağlam düşüncələr təyin edib onları beyninizdə təkrarlayın və tez-tez pıçıldayın.



Çox yemək istəyirsizsə, "bədənimin ehtiyacı olduğu qədər yeyər və xoşbəxt olaram. Az yeyib tam doymadan qalxaram, özümü yüngül hiss edirəm, ehtiyacım qədər qidalanıram”, - deyərək özünüzə təsəlli verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!