Scarlett Johansson kimdir?

Scarlett Johansson kimdir?
Maraqlı məlumatlar
10.09.2017 22
Scarlett Johansson haqqında qısa məlumat.



Tam adı:

Scarlett Johansson Ingrid



Doğum yeri

New York / ABŞ



Doğum tarixi

22 Noyabr 1984-cü il



2015-ci ilə görə yaşı

30 Yaşında



Bürcü

Əqrəb



Peşəsi

Aktrisa, Model



Təbii saç rəngi

qəhvəyi



Göz rəngi

Yaşıl



Boyu

1.60 m ya da 160 sm



Kilosu

56 kg



Bədən ölçüləri

92.5-64-90 sm



Ailəsi və təhsili.

Scarlett Johansson İngrid , 22 Noyabr 1984də New Yorkda doğulmuşdur. Atası, Qarsdan Johansson Danimarkalı bir memar, anası Melanie Sloan isə Polşalı Aşkenaz (Almaniya Yəhudisi) bir prodüserdir. Hunter Johansson adında əkiz qardaşı və özü kimi aktrisa olan Vanessa Johansson adında bir bacısı ilə Adrian adında bir qardaşı vardır. New York Manhattandakı "Professional Children's School”dan 2002-ci ildə məzun oldu. Scarlett Johansson, zamanının yarısını New Yorkda yaşayan anasından ayrılan atasıyla, digər yarısını Los Angelesdə yaşayan anasıyla keçirir.



Teatr kariyerası.

Scarlett Johanssonun teatr səhnəsinə ilk çıxışı hələ kiçik yaşdaykən "Sophistry” tamaşasında oynamışdır. 2009-cu ildə Arthur Miller tərəfindən yazılıb Gregory Mosher tərəfindən çəkilən "A view from the bridge” tamaşasında Catherine Carbone rolunu oynamışdır. Bu roluna görə 2010-cu il "Ən yaxşı Seçmə qadın aktrisa” istiqaməti üzrə "Tony” mükafatını qazanmışdır.



Kino kariyerası.

Scarlett Johansson, 1994 istehsallı "North” adlı filmlə aktyorluğa başlayır və 1998-ci ildə Robert Redford və Kristin Scott Thomas ilə birlikdə oynadığı "The Xorsa Whisperer" (Atlara Pıçıldayan Adam) adlı filmlə məşhurlaşır. 2001-ci il istehsalı "Ghost World” filmi ilə birlikdə tanındı.



2003-cü ildəki "Lost en Translation” (Bir Danışa bilsə) filmi ilə Venedik Film Festivalında "Ən Yaxşı Qadın Oyunçu” mükafatı alaraq "Qızıl Kürə”yə də namizəd olur . "Mirvari Sırğalı Qız” filmlərində iştirak etdi.



2005-ci ildə Ewan McGregor, Michael Bey ilə "The Island” filmində oynadı. Eyni il Woody Allen ilə "Match Point" filmi ilə dördüncü dəfə "Qızıl Kürə” namizədliyi əldə edir. 28 İyul 2006-cı ildə yenə bir Woody Allen filmi- "Scoop” viziona girir. Ardından Scarlet Johansson məşhur rejissor Brian Da Palma ilə "The Black Dahlia " filmində oynamaq fürsətini əldə edir. Elə həmin ildə "The Prestige” filminə də çəkilmişdir.



Scarlet Johansson növbəti illərdə aşağıdakı filmlərdə rol almışdır:



2007- The Nanny Diaries (Annie Braddock)



2008- The Other Boleyn Girl    (Mary Boleyn)      



2008- Vicky Cristina Barcelona (Cristina)    



2008- The Spirit    (Silken Floss)       



2009- He's Just Not That Into You     (Anna Marks)       



2010- Iron Man 2  (Natasha Romanoff/Black Widow)    



2011- We Bought a Zoo (Kelly Foster)       



2012- The Avengers       (Natasha Romanoff/Black Widow)    



2012- Hitchcock   (Janet Leigh)        



2013- Don Jon      (Barbara Sugarman)       



2013- Under the Skin      (Laura)       



2013- Her    Samantha (səsləndirmə)



2014- Captain America: The Winter Soldier (Natasha Romanoff/Black Widow)    



2014- Chef  (Molly)       



2014- Lucy  (Lucy )



2015- Avengers: Age of Ultron (Natasha Romanoff/Black Widow)



Jurnal və reklamlarda.

Scarlett Johansson, "Calvin Klein”_firmasının "Eternity Moment" adlı ətirinin reklamlarında oynadı. 2005-ci ildə Louis Vuittonın manikeni oldu. Fevral 2006-da "Vanity Fair" jurnalının üzlüyündə  Scarlett Johansson, Keira Knightley ilə birlikdə çılpaq poza verdi. 2006-cı ildə "Esquire” jurnalı və "FHM” jurnalı tərəfindən "Yaşayan Ən Seksual Qadın" seçilərək "FHM” jurnalının may ayı buraxılışında üz səhifədə yer aldı. 2006-cı ildə "Reebok” ilə müqavilə imzalayaraq reklam kampaniyalarında oynadı.



Şəxsi həyatı.

Scarlett Johansson çox vaxt Derek Peter, Benicio Deş Toro, Jared Leto, Justin Timberlake, Josh Harnett kimi bir çox məşhur kişi ilə yaraşdırılmış olsa da Scarlett Johansson şəxsi həyatını media ilə danışmayacağını, ancaq birarvadlılığa inanmadığını və birarvadlılığın insan təbiətinə zidd olduğunu dəfələrlə söyləmişdir.



Solaxay olan Scarlett ildə iki dəfə QİDS müayinəsi etdirdiyini etiraf emişdir.

27 Sentyabr 2008-ci il tarixində kanadalı, serial və kino aktyoru Ryan Reynolds ilə Kanadada ailə arasında təşkil edilən bir mərasimlə evləndi. Ancaq Ryan Reynoldsun kino-aktrisa Blake Lively ilə birgə olmasından sonra yanvar 2011-də boşandılar. Scarlett Johansson 2013-cü ildən bəri fransız jurnalist Romain Dauriac ilə nişanlıdır. 2014-cü ildə ilk uşağına hamilə qalan Johansson Franşada yaşamağa başlayır. Cütlüyün Rose adını verdikləri qızları 2014-cü ilin sentyabr ayında dünyaya gəlmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!