Toy adətlərimiz - Yengə

Toy adətlərimiz - Yengə
Maraqlı məlumatlar
10.09.2017 43
Xalqımızın milli adət-ənələri içərisində toy kimi gözəl bir büsat var. Toy mərasimin özünə qədər də bu mərasimin

elçilik, nişan, qız toyu, xinyaxdı, oğlan toyu kimi mərhələlərdən keçib gəlir. Bu adətlərimiz bu günə qədər yaşayır. Toylarda oğlan evindən də, qız evindən də bir baş bilən seçərlərmiş. Toy babası - yəni toya böyüklük edən, toyu danışan. Toyda hərənin öz vəzifəsi olarmiş sağdış, soldiş, sərpayə, yengə.

Keçmişdə yengə məsuliyyətli bir iş imiş. Yengə belə deyək də bir sənət imiş. Elə yerlər olub ki, bir nəsildən həmişəlik bir nəfər o işin öhdəsindən gələn, dilli-dişli, fərasətli bir qadını məxsusi bu iş üçün seçərlərmiş.

Yengə tək gəlinin saçı, bəzəyi, geyimi, xına paylamaq və.s ilə deyil, toy axşamı, həmçinin gəlin üzəçıxdıya qədər də məsuliyyət daşıyırmış.

 

Keçmişdə əgər gəlin təmiz çıxmazsa, yengəyə də pis baxarlarmış. Nəinki gəlinin yengənin də başını qırxıb geri göndərərlərmiş. Elə belə şeylərər görə də yengəni təcrübəli, hər yön-yöndəm bilən qadınlardan seçərlərmiş.

Yengə tək bizdə deyil Turkiyədə də adətdir. Onlarda bizdən fərqli olaraq 2 yox, bir yengə seçilir. . Amma qalan adətlərimiz, təxminən eynidir.

Kolumbiyada isə yengə qızın anasl olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!