Şam yandırın ki, sevginiz nura boyansın

Şam yandırın ki, sevginiz nura boyansın
Maraqlı məlumatlar
10.09.2017 12
Atalar sözü var: "Qaranlığa lənət etməkdənsə, bir şam yandırın.”

Yandıraq da. Hansı inkişafa çatsaq da, şam həm ifadə etdiyi məna baxımından, həm də ən azından toy və bayramlarda bizə lazımdır.

Novruz bayramında ilaxır çərşənbə günü hər ailə üzvünün sayına görə bir şam yandırarlar. Xınayaxdı mərasimində istifadə olunar, ovuclara xına qoyulduqdan sonra şam yandırılar. Şamı gəlinin yanına qoyarlar: gəlin, xına şamı, xına gülü.. Qızlar da gəlinin ətrafında halay vuraraq rəqs edər, mahnı oxuyarlar. Bir gəlinin səadət arzuları xına şamı ilə xına gülünün qovuşuğunda əsrarəngiz bir ahəng yaradar, qızlar ürəklərində bu şamı və gülü arzulayarlar.

Nişan gətirəndə də gəlinin qabağına güzgü qoyar və şam yandırarlar. Bunlar hamısı yeni ailə quranlara "taleyiniz aydın olsun”, " ömrünüz hərarətli olsun” kimi ata-ana arzularını ifadə edərdi.

Toy gecəsi ziffaf otağında da şam yandırarlar... yandırarlar ki, bu məkana çin-şəyatin, ifritələr yaxın düşə bilməsin. Yandırarlar ki, bu evdə, ocaqda hər zaman səadət işığı qaranlığın, çətin günlərin mühafizi olsun və s...

Şam yandırın ki, qaranlığınız apaydın olsun... hərarətli olsun. Şam yandırın ki, sevginiz nura boyansın...

Yetişdi toy axşamı,

Durub yandırın şamı.

Gəlinə bəzək vurun,

Gəlir bəyin adamı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!