Təyyarədə yeməklərin dadı niyə dəyişir?

Təyyarədə yeməklərin dadı niyə dəyişir?
Maraqlı məlumatlar
10.09.2017 19
Təyyarədə yeməklərin dadı niyə fərqli olur?

Təyyarəyə mindiyimiz zaman normal dadalma duyğumuzu artıq giriş qapısında ikən itiririk. Verilən yeməklər bizə dadsız,duzsuz gəlir. On min metr yüksəklikdə dad və qoxu hiss etmə duyğusu dəyişir. Yeməklərin ləzzətini hiss etmək üçün bu iki duyğunun normal işləməsi lazımdır. Təyyarədəki təzyiq səbəbiylə şirin və duzlu dad qəbulumuz da azalır.



Ekspertlər bunun səbəbini nəm nisbətinin azlığına, hava təzyiqinin aşağı olmasına və səs-küyə bağlayır.



Hava quruluğu və aşağı təzyiq.

Təyyarəyə addım atdığımızda ilk qoxu hiss etmə duyğumuz təsirlənir. Təyyarə yüksəldikcə hava təzyiqi ilə birlikdə kabindəki nəm nisbəti də düşür. On min metrdə bu nisbət yüzdə 12-yə enir ki, bu da çöl havasından daha quru deməkdir.



Bu quruluq və aşağı təzyiq səbəbiylə şirin və duzlu dadlara qarşı həssaslığımız yüzdə 30 azalır.



Lakin problem yalnız dad alma duyğumuzda deyil. Dad olaraq düşündüyümüz şeyin yüzdə 80-ı qoxu hiss etmə duyğusuyla əlaqəlidir. Qoxu ala bilmək üçün burun içi mayesinin buxarlaşması lazımdır. Havanın quru olduğu bir mühitdə qoxu hiss etmə duyğularımız normal işləmədiyi üçün yediklərimizin dadını ala bilmirik. Bu səbəblə hava yolu şirkətləri təyyarədə verilən yeməklərə əlavə duz və ədviyyat qatırlar.



Psixoloqlar təyyarə mühərriklərindən qaynaqlanan səs-küyün qulaqlara təsir etdiyi kimi dad alma duyğusuna da təsir etdiyinə inanır. Edilən araşdırmalar gurultulu mühitlərdə yemək yeyənlərin səssiz mühitdə yeyənlərdən daha çox duza ehtiyac duyduğunu, ayrıca çaşdırıcı olsa da, səs-küydə yemək zamanı mühərrikin çıxardığı səsin daha çox qəbul edildiyini ortaya qoydu.



Kütləvi istehsal.

Təyyarədə yeyilmək üzrə hazırlanan yeməklərdə diqqətə alınması lazım olan tək şey kabin içi mühit deyil. Bu yeməklər əvvəldən yerdə və kütləvi halda hazırlanır. İsti halda qablaşdırılır, sürətli şəkildə soyudulur, soyuducuda saxlanır və sonra təkrar isidilir. Bütün bu əməliyyatlar dəniz səviyyəsində belə edilsə yeməyin dadının dəyişməsinə səbəb olar.



Beynəlxalq Uçuş Xidmətləri Birliyi, təyyarədəki yeməklərin dadını daha ləzzətli etmək üçün yeməkləri bağlı plastik paketlər içində uzun müddət aşağı istilikdə bişirmənin sınandığını ifadə edir. Bu yeməklər kabin simülasyonlu mühitlərdə dadılaraq doğru ləzzətdə olub olmadığına qərar verilir.



Sinif fərqi.

Təyyarə yolçuları üçün yemək hazırlayan "Sky Chefs” adlı şirkətin idarəçisi David Marguiles, yerdə hazırlanan yeməklər üçün istifadə edilən yemək reseptlərinin eyni şəkildə təyyarə yeməkləri üçün istifadə edilə bilməyəcəyini ifadə edir. "Lakin bu o yeməklərin də eyni ləzzətdə ola bilməyəcəyi mənasını verməz. Reseptlər lazım olduğu şəkildə uyğunlaşdırılır," deyir.



Ancaq bunun daha çox birinci sinif yolçu biletləri üçün etibarlı olduğunu ifadə etmək gərəkdir. Şirkət bunun üçün xüsusi aşbazlar tutur və ən müasir mətbəxləri istifadə edir.



Burun spreyləri.

Uçuş zamanı bütün dadlar eyni şəkildə təsirlənmir. Məsələn, təyyarədəki gurultulu mühit, beşinci dad olaraq bilinən və yosun, göbələk, pomidor və soya sousu kimi dadları verən "ümid hormonu” dadını üzə çıxarır. Təyyarədə sərnişinlərin yerdəkindən daha çox pomidor suyu sifarişi verməsi bundandır. Bəzi hava yolları bu səbəblə yeməklərdə daha çox pomidor, ispanaq və qabıqlı dəniz məhsulları istifadə etməyə üstünlük verirlər.



British Airways (BA) isə daha radikal bir yanaşma sınadı: Yeməkdən əvvəl sərnişinlərə burun spreyi paylayıb burun sinuslarını açmalarını və daha yaxşı dad almalarını təmin etdi. Ancaq bu sınaq elə də uğurlu alınmadı. Bundan sonra BA ayrıca birinci sinif sərnişinlərə təyyarədəki səs-küyü eşitdirməyəcək qulaqlıqla yeməyə uyğun musiqi səsləndirilməsinə başladı.



Bəzi hava yolları isə yeməklərdə plastik çəngəl, qaşıq, stəkan istifadə edilməsinin yeməklərin dadını mənfi təsir etdiyi düşüncəsiylə daha keyfiyyətli vəsait istifadə etməyə başladı.



Şərab dadı.

Havada yalnız yeməklərin deyil, şərabların da dadı dəyişir. Ekspertlər, yerdə meyvə dadı verən şərabların havada daha turşulu hala gəldiyini söyləyir.  Quru hava damaq dadına təsir etdiyindən, şərab içməyə niyyətiniz varsa uçuş sonuna doğru deyil, başlanğıcında içməniz tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!