Dünya dilləri

Dünya dilləri
Maraqlı məlumatlar
10.09.2017 10
Dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların bir çoxu barədə maraqlı fakt söyləmək olar.

Məsələn:

—  Eston dilində ismin 14 halı var.

—  Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.

—  Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.

—  Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.

—  Çin yazısında heç bir durğu işarəsi yoxdur.

—  Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.

—  İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, "babi” donuz deməkdir, "babi-babi” isə donuzlar mənasını verir.

—  Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar.

— İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı.

- İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!