Sevginin beyinə təsiri

Sevginin beyinə təsiri
Maraqlı məlumatlar
10.09.2017 16
Alimlər ilk dəfə bunu müəyyən edə biliblər

Çinli və amerikalı alimlərdən ibarət qrup sevginin insan beyninə təsiri ilə bağlı ilk tədqiqatlarını təqdim ediblər.

onlar öz tədqiqatları barədə məlumatı "Frontiers in Human Neuroscience" jurnalında çap etdiriblər. Bu haqda "The Telegraph" nəşri qısa məlumat verib.

Beynin "sevgi xəritəsini” yaratmaqdan ötrü neyrofizioloqlar maqnit-rezonans tomoqrafiya üsulundan istifadə ediblər. Bunun üçün onlar Çuntsi (ÇXR) şəhərindəki Cənubi-qərb universitetindən qızlar və oğlanlardan ibarət yüz tələbə könüllünü seçiblər. Onlar üç qrupa bölünüb: tədqiqatlar ərəfəsində sevənlər, aşiq olub öz sevgililərindən təzəlikcə ayrılanlar və tənhalar, yəni, çoxdan sevgi əlaqəsi yaşamayanlar.

Eksperimet iştirakçılarından heç nə haqda fikirləşməmək xahiş olunub və beyinləri tomoqrafda yoxlanılıb. Birinci qrupdan olanların mükafatlandırma, motivasiya və emosiyaların idarə olunması, həmçinin sosial dərketmə ilə bağlı beyin sahələri aktiv fəaliyyətdə olub. Eləcə də aydınlaşıb ki, beynin müəyyən zonalarının intensiv fəaliyyəti, onların sevgi romanlarının davamlılığı ilə birbaşa əlaqəlidir.

Əvvəllər aşiq olub, yaxın zamanlarda hansısa səbəblər üzündən sevgi münasibətləri pozulan qrup iştitakçılarında isə həmin zonalarda zəif aktivlik müşahidə olunub. Eləcə də aydınlaşıb ki, beynin quyruqlu nüvəsi yalnız bu tələbələrdə intensiv işləyir.

Həmin an üçün qarşı cinsə vurulmayan tələbələrin beyni isə sadəcə bir qədər zəif aktivliyi ilə fərqlənib.

Alimlərin sözlərinə görə, onlar ilk dəfə olaraq sevginin beynin arxitekturasına təsirləri barədə dəlillər əldə ediblər. Gələcəkdə onlar maqnit-rezonans tomaqrafının və ya digə metodların köməyilə sevgi testini işləyib hazırlamaq istəyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!