Bəzi insanların yuxuda danışma səbəbləri

Bəzi insanların yuxuda danışma səbəbləri
Maraqlı məlumatlar
10.09.2017 60
Uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?



Yuxuda danışmaq nədir?

Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.



Yuxuda danışmağın səbəbi

Yuxuda danışmaq yuxu apnesi (yuxuda tənəffüsün dayanması), qarabasma, REM davranış pozuntusu (fərdin yuxularını hərəkət edərək, ya da danışaraq canlandırması), seksomaniya (yuxudaykən cinsi aktivlik yaşaması) kimi daha ciddi yuxu pozuntusunun əlamətləridir.

Bundan başqa qızdırma , yuxusuzluq, depresiyya, stress, yatmadan əvvəl spirtli içki, ya da narkotik maddə qəbul etmə də səbəb olur.

Yuxuda danışan birini oyandırmaq onun sadəcə 1 dəqiqəlik susmasına kömək edəcək, yenidən davam edə bilər.



Yuxuda danışmaq nəsə başqa problem yaradırsa, mütəxəssislə məsləhətləşin.

Bu halın həlli üçün gündüz və yatmadan əvvəl yuxunuza mənfi təsir edə biləcək davranışlarınızı qaydaya salmalısız.

Hər gün eyni saatda yatıb qalxmalı, 7 saat yatmalı, spirtli içkidən uzaq durmalısız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!