Həyatım bu axşam yeməkdə nə var?

Həyatım bu axşam yeməkdə nə var?
Maraqlı məlumatlar
10.09.2017 53
Bir gün bir kişi həyat yoldaşının yaxşı eşitmədiyinidən narahatçılıq hissi keçirmiş ona eşitmə cihazı almaq istəmiş amma bunu xanımına deyə bilmədiyi üçün ailə həkiminə getmişdir.



Bunu ailə həkiminə danışmış və ailə həkimindən bunu ona demək üçün məsləhət almışdır.



Ailə həkimi kişiyə məsləhət görmüşki 40 addım geridən normal tonda ona bir söz söylə, egər eşitməzsə 30 addım ona yaxın bir şey söylə, yenə eşitməzsə 20 addım yaxından hənin şeyi söylə, cavab alana qədər ona yaxınlaş.



Həmin axşam arvadı mətbəxdə olanda kişi bunu təcrübə aparmağa başlamış.



40 addım uzaqlıqdan həyat yoldaşına normal bir tonla səslənmiş



"Həyatım bu axşam yeməkdə nə var?"



Cavab yox, mətbəğə biraz yaxınlaşmış. Məsafəni 30 addıma çatdırmış və sualı təkrarlamış



"Həyatım bu axşam yeməkdə nə var?"



Yenə cavab yox mətbəğə biraz daha yaxınlaşmış, məsafə 20 addım və təkrar sual vermiş



"Həyatım bu axşam yeməkdə nə var?"



Hələ cavab yoxdur, adam mətbəğin qapısına gəlmiş məsafəni çox qısaltmış və sualı yenidən vermiş



"Həyatım bu axşam yeməkdə nə var?" amma yenə də cavab ala bilməmişdir. Bu səfər xanımına tamam yaxınlaşmış üznüə baxaraq sualı bir daha təkrarlamış.



"Həyatım bu axşam yeməkdə nə var?"



"Həyatım beşinci dəfədir ki, söylüyürəm, Toyuq qızartması"



Bəlkə də çoxlarınız bu hekayəni anlamadınız. Mən qısa şəkildə izah edim.



Problem hər zaman qarşınızda kı, insanda olmaya bilər. Problemlərin səbəblərini biraz da olsa özünüzdə axtarmağı bacarın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!