Ölkəmizin ən kiçik quşu-çalıquşu

Ölkəmizin ən kiçik quşu-çalıquşu
Maraqlı məlumatlar
10.09.2017 43
Onlara Asiya, Avropa, Şimali Afrika və Şimali Amerikanın şam meşələri və kolluqlarında rast gəlinir.  Parklar, bağlar və meşələr daxil olmaqla yaşamaq üçün çox geniş  sahəyə sahibdirlər. Kəndlərdə  evlərin kənarında və çəmənlərdə bitən böyürtkən kolları bu quşlar üçün ideal sığınacaq, yuva və qidalanma  məskənidir.



Ən nəzərə çarpan xüsusiyyəti qısa quyruğu və yumru gövdələrinin olmasıdır. Rəngləri eninə tünd rəng xəttləri olan tünd şabalıdı rəngdədir. Alt qisimləri daha açıq rəngdə və boz xəttlidir. Qaş bölgəsində nəzərə çarpan  daha açıq rəngli bir xətt var. Kürəkləri zeytun yaşılı, qarın hissəsi boz və yaşıl rəngdədir. Qanadları və quyruqları qəhvəyi olub, erkəklərin başlarının ortasında qırmızı bir ləkə olur. Dişilərin başlarındakı ləkə sarıdır.

Yerdə və ya ağaclarda tapdıqları müxtəlif böcək, hörümçək,və kiçik toxumlarla bəslənərlər. Qışda menyuları dəyişər.

Erkək çalıquşular dişilər üçün 2-3 ədəd yuva hazırlayırlar. Dişi bəyəndiyi yuvanı tüklərlə bəzəyir.

Hekayələrdə çalıquşu zəka və hiyləgərlik rəmzi olaraq göstərilir. Çalıquşları sabit, yerli quşlardır. Ancaq Şimali Avropadakı növləri köçəridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!