Öz dəyərini bil

Öz dəyərini bil
Maraqlı məlumatlar
10.09.2017 7
..kişinin həyatında üç qadın olur..sevgilisi - hansı ki, onunla həyatının müəyyən vaxtlarını gözəlləşdirir..həyat yoldaşı-hansı ki ,onunla ailənin nə demək olduğunu dərk edir..və anası-hansı ki, onunla həyatı boyu əbədi və təmənnasız sevginin nə demək olduğunu öyrənir..



- nə olsa mənə nifrət edərsən?

- mənə olan sevgin azalsa nifrət edərəm..amma sənə yox..özümə..

- özünə niyə ? bu ki ,çox məntiqsizdir..

- çünki heç kəsin hissləri səbəbsiz yerə azalmır.. və səbəb çox vaxt qarşı tərəf olur..



..pis fikirlərə qalib gəlməyi bacarın..yoxsa o sizə qalib gələcək..



..yox..mən kinli insan deyiləm..sadəcə bəzi insanların qəlbimi qırdıqdan sonra heçnə olmamış kimi həyatlarına davam etmələrini qəbul edə bilmirəm..



..çox qəribədir..həyatımız boyu mükəmməl birini gözləyirik..hansı ki,onu görəndə nəfəs almaq belə çətinləşəcək..ürək döyüntümüz sürətlənəcək..bizi həmişə sevəcək və əzizləyəcək..heç vaxt tərk etməyəcək..və nəhayət həmin insan bir gün..gəlmir..gəlmir!



..mənim həyatım özgə birinin toyuna bənzəyir..qarson nəsə təklif edir,istəmirəm..ürəyimin istədiyi bir şeyi isə götürüb yeməyə utanıram..məcbur oluram özümü elə göstərim ki,güya toxam..



..mən həmişə yeni şeylər öyrənməyə hazıram..amma kimsə mənə özünün də bilmədiyi şeyləri "öyrətməyə" çalışanda əsəbləşirəm



..indi oğlanlar o qızları axtarır ki ,üzünü yuduğu zaman bütün gözəlliyi axıb getməsin.



..insanların səhvini bağışlamağı bacar.. çünki sən də günahsız deyilsən. .və səni qarşıda edəcəyin yüzlərlə günah gözləyir..



..bir qadına güclü olmağa imkan verməyin,çünki güc kişiyə məxsusdur..ona çiyninizə sığınıb sizi qucaqlamasına,zəif və qorumasız olmasına imkan verin..ona sevgi və xoşbəxtlik bağışlayın..qoy ,o sizin yanınızda özünü balaca qız uşağı kimi hiss etsin. .bunun əvəzində o sizə rahat həyat,sevgi və qayğı dolu bir ev və üzlərində sizin cizgilərinizi daşıyan övladlar bağışlayacaq. gözlərindəki parlaqlıq sizi xoşbəxt edəcək..təbiətdə güclü yox zərif qadınlar olmalıdır..



.."səni sadəcə yuxularda görmək bəs etmir" dedi və ağladı..



Peşmançılıq nədir bilirsən? Mən sənə öyrədəcəm...



- heç ac qaldığın günlər olub?

- hə,çox..amma mən uşaq olanda kiçik şeylərdən xoşbəxt olmağı bacarırdım..məsələn,böyük qardaşımın köhnə ayaqqabılarını geyinə bilmək üçün bir an öncə böyüməyə can atırdım..yenisinin alınacağı ehtimalı ağlıma belə gəlmirdi,çünki..



..bəli ,ola bilər ki,o, tanıdığın insanlardan pisdi, ola bilər ki , o, səni hərəkətləri ilə dəli edir, qısqandırır, əsəbləşdirir..amma sən onun bir gülüşü ilə bunların hamısını unudursansa və onun yanında olarkən yaşama həvəsin artırsa, deməli onun üçün hər şeyə dəyər..



..məndə yaratdığın yaraları belə sevirəm mən..necə deyim ? ..birini qüsurları ilə birlikdə sevmək kimi..



Dənizi mavi göstərən səmadır deyilər axı.. Bax məni də gözəl göstərən sənsən..



..qəribədir, qadının yaxşı həyat yoldaşı olanda qadın onunla fəxr edir. .amma kişinin yaxşı həyat yoldaşı olanda kişi özü ilə fəxr edir.



..heç kəsə sübut etməyəcəm ki, mən yaxşı insanam..qoy, onlar sübut etsin ki, mən pis insanam..



..kişilər həmişə haqlıdır..əgər düşünürsənsə ki,o, haqlı deyil deməli aşiq deyilsən.



..qadınınızı sevin, yoxsa bunu bir başqası edəcək..



..bir qızı on nəfər istəyər..qız da gedib onu sevməyən on birinci insanı sevər



..bütün insanların müxtəlif problemləri var..kiminsə çörəyi boyatdır..kiminsə üzüyünün brilliantı balacadır..



..səndən daha yaxşılarını istəmirdim axı,mən.."məndən daha yaxşılarına layiqsən" nə deməkdir ?..



- adın nədir?

- Panda

- nə?

- Panda,ayı kimi bir şey..

- sənin adını niyə Panda qoyublar?

- çünki,anam qara dərili atam isə ağdərilidir.və onlar qara ilə ağ rəngin sevgisinə görə mənə Panda adını veriblər.. :)))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!