Məşhur Kraliça Yelizaveta kişi olub?

Məşhur Kraliça Yelizaveta kişi olub?
Maraqlı məlumatlar
10.09.2017 5
Kraliça Yelizaveta heç vaxt ərə getməyib, özündən sonra varis qoymayıb. Deyilənlərə görə, anasını uşaq yaşında itirən Yelizaveta sonralar atasının digər arvadlarına etdiyi qəddarlığı görüb, gələcəkdə ərə getməkdən imtina etmişdir.



Hətta atası dəli kimi aşiq olduğu qadınla evlənmək üçün doğma ölkəsinin rəsmi dini təriqətini də dəyişdirmişdi. Bu yaxınlarda kraliça Yelizavetanın kişi olduğu barədə şayiələr yayıldı.



İngilis qəzetlərində çıxan xəbərlərə görə, kraliça üzünü qırxırdı və kişiyəbənzər kobud dəriyə malik idi. Kraliçanın qırx yaşında artıq saçı tökülmüşdü. Bu yaş dövründə saçların tökülməsi kişilərə xas olan xüsusiyyətdir. Lakin qadın üçün nadir haldır. Kraliça həmişə yaxasını gizlədir və böyük bər-bəzək əşyaları taxırdı. Kraliçanın 3000 geyim dəsti var idi. Ən şübhəli məqam isə ondan ibarətdir ki, Yelizaveta vəsiyyətnaməsində, ölümündən sonra bədəninə baxılmasını qadağan etmişdir.



Yelizaveta hakimiyyətə gəldiyi vaxt yoxsulluğun və məzhəblərarası müharibələrin astanasında olan İngiltərəni dünyanın ən varlı və güclü ölkələrindən birinə çevirir. 45 il hakimiyyətdə olduğu müddətdə İngiltərə iqtisadi və siyasi cəhətdən gücləndi, mədəniyyət mərkəzinə çevrildi. Kraliçanın heç vaxt ailə həyatı qurmaması Tüdorların sülaləsinin dağılmasına (1603) səbəb oldu. Kraliça I Yelizavetanın hakimiyyət illəri İngiltərə tarixində "Qızıl dövr” adlandırılır.



1870-ci ildə Overkort malikanəsinin yeni sakinləri köhnə daşları sökməyə qərar verirlər. Fəhlələr ağır bir daşı yerindən tərpədəndə, daşın altından əsrlərdən qalma qədim bir qutu tapılır. Qutunu açırlar və  yeniyetmə qız cəsədinin qalıqları üzə çıxır. İncə parça və ipək qalıqları isə hələ də sümüklərin üstündə idi.



Ekspertlərin analizindən sonra məlum olur ki, qız Tüdorlar sülaləsi dövründə yaşayıb və ölərkən 10-11 yaşlarında olub. Daha maraqlı fakt isə ondan ibarətdir ki, tabut şahzadənin yatdığı otağın pəncərəsinin altında basdırılmışdı. Deyilənlərə görə, kraliçanın xidmətçi və tərbiyəçiləri ilə sirli yaxınlığı vardı. Onlar ömürlərinin axırına kimi Yelizavetanın yanında qaldılar və hər şeylə təmin olunmuşdular. Həmin bu olaylardan sonra əhali kraliçanın qəbrinin açılmasını tələb edir. Lakin krallıq buna qəti olaraq etiraz edir. Kraliça I Yelizavetanın kişi və ya qadın olması hələ də məlum deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!