Tənbəllərə bəd xəbər: tez qocalacaqsınız

Tənbəllərə bəd xəbər: tez qocalacaqsınız
Maraqlı məlumatlar
10.09.2017 6
Qocalıq, canlı-cansız bütün varlıqların dəyişməz taleyidir. Ancaq bu dövrü sağlam ruh halı ilə yaşamaq mümkündür. Bunun üçün bəzi yanlış davranışlardan uzaq durmaq lazımdır.



Qocaların ən vacib probleminin yalnızlıq olduğuna diqqət çəkən mütəxəssislər, tənbəlliyin qocalma müddətini sürətləndirdiyini və təqaüdə çıxandan sonra belə, müəyyən işlə məşğul olanların gec qocaldığını deyir.



Qocalan insanın saçları ağararkən, dərisi qırışarkən, beli bükülərkən psixologiyasında da müəyyən dəyişikliklər yaşanır. Zəka parlaqlığı azalır, yeni şeylər öyrənmək çətinləşir, hafizə zəifləyir. Məntiqli, düzgün düşünməyi, mühakiməni bacarıb, təcrübəsi, dünyagörüşü zəngin olan insanlarla oturub durarsa, xoşbəxt qocalıq ortaya çıxar. Xoşniyyətli və səbirli olarlar.



Yaşlılar çox zaman keçmiş xatirələrini danışsa da, bir gün baş verənləri xatırlamaqda çətinlik çəkərlər. 50 illik vərdişlərini dəyişdirməz, yeniliklərə qarşı fobiyaları olar, hətta təzə geyim belə istəməzlər.



Qocaldıqca yaşamaq istəyi artır

Qoca biri yalnızlıq duyğusuna qapılıbsa, anidən çökə və ölə bilər. Mütəxəssislər insanlarda bəzi pis cəhətlərin yaşlandıqca daha da artdığını deyirlər. Məsələn, simiclər daha simic, dalaşqanlar daha dalaşqan olur. Hətta 40 illik həyat yoldaşını boşayıb gənc bir qızla evlənmək istəyinə düşənlər də var.



Qocaların həmişə köməyə ehtiyac duyduğunu düşünürük. Qocalıq həyatın üzüntülü, problemli dövrü sayılır, çünki insanlar qocaldığını qəbul etmək istəmir. Amma bu, o demək deyil ki, qoca insan xoşbəxt ola bilməz. Həqiqi həyat fəlsəfəsinə sahib olan insan qoca yaşında belə xoşbəxt ola bilər. Təqaüdə çıxandan sonra belə, işlə məşğul olub məhsuldar olmağı bacaranlar daha gec yaşlanır. Hər insan əli işləyən, ayaqları yer tutan və şüuru yerində olan müddətə kimi çalışmalıdır. Unutmayın, tənbəllik qocalığı sürətləndirir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!