Mənim dünyam

Mənim dünyam
Maraqlı məlumatlar
10.09.2017 48
Mənim daxilimdə heç kəsə göstərmədiyim bir dünyam var. Orda istədiyim hər şeyi edirəm.Orda yalnız mən varam.Yox,yalan dedim. Orda mənim bir dostum da var. Elə bir dost ki mənə bütün dərdlərimi unutdurur.Məni öz düşüncələrimdən,fikirlərimdən uzaqlaşdırır.Əslində hamınız tanıyırsız onu. Amma fikir vermirsiz. Demək olar ki hər gün görürsünüz onu. Amma məhəl qoymursuz. Amma diqqət yetirsəz görərsiz necə yaxşı biri olduğunu görərsiz. Bəlkə deyim sizə kimdi o? Qoyun deyim. Mənim ən yaxın dostum KİTABLARdı. Bəlkə də sizə gülməli gələr ki, məncə gəlmişdir. Amma o mənim ən yaxın dostumdur. İndiki dövrdə heç kəs onun qədrini bilmir. Böyük kitabxanalar toz altında məhv olur. Bir çox insanın bəhanələri olur ,məsələn,"Vaxtım yoxdur","İşim var" və s. bunun kimi bəhanələr. Texnalogiyalar inkişaf edəndən bəri kitabları belə ordan oxuyurlar. Düzü,bir dəfə mən də bir kitabı elə oxumuşam, amma sonra yenə imtina etmişəm.Əgər kitaba toxuna bilmirsənsə,ətrini hiss edə bilmirsənsə ,onu oxumağın nə yeri var?? Başqa "dost"lar kimi o yalan danışmır,ikiüzlülük eləmir,həmişə yanımda olur. Və buna görə də mən kitabları çooooox sevirəm. Kitablar "MƏNİM DÜNYAM"dı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!