Bəzi "kişi"lərin sevgi anlayışı...

Bəzi
Maraqlı məlumatlar
10.09.2017 16
Bəzi "kişi"lərin sevgi anlayışı...


Alo... Salam sevgilim. Necəsən? Mən? Darıxmışam səninçün, özüdə çox. Elə istəyirəm ki, həmişə yanımda olasan....Səni qucaqlamaq istəyirəm. Əlindən tutub gəzmək istəyirəm...Hə? Nə aldatmaq? Yox, niyə ağlına belə şeylər gətirirsən? Papamın canı üçün səni aldatmıram, sevirəm... Özüm ölüm heç vaxt atmayacam səni... Eşidirsən məni? Səni sevirəm. Hamıdan çox sevirəm. Sən mənim ürəyimsən... Ürəyim, bir gün mənə gəlib desən səni sevmirəm, bil ki, həmin gün öldürdün məni. Yaxşı? Davay ürək, konturum qurtarır, sonra danışarıq...
Səni sevirəm, unutma.

Və həmin "oğlan" çayxanada. Dostu:
Ooooooo... Salam ala nətərsən? Üzünü görək. Qızla danışmağa başlayandan unutmusan bizi. Day gəlib eləmirsən çayxanaya. Hə, zarafatsız nətər gedir? Qırılmamısan ki, hələ? Yox? Rekord qırmısanki...İndiyəcən hansısa qıznan 2 ay fırlanmısan? Yox? Hə, bax bu oldu ilk. Nətərdi? Gəzib eliyəndi? "vkusu" var? Hə? Qırılandan sonra ötürərsən mənə. Mən? Nə? Hansı Lalə? Yox, ona keçən həftə atval verdim...O gün Behbudnan spora girdim ki, bu binaya təzə gələn "maska" yoxdu, onu əlimə alacam. Hə? Bəs nətər? Əlbəttə mən udum? 10 manatlıq kontur aldı :)))). Yox, indi qırılmışam. 4 gün fırlatdım, gördüm ləzzət eləmir, dedim davay, uçdun. İndi Nastinkaynanam. Ala, bomba şeydiyeee...nə danışırsan...Hə? Telefonun? Qurbandı, dayan verirəm, zəng eliyib mırtdaşarsan :)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!