İdeal kişilər varmı?

İdeal kişilər varmı?
Maraqlı məlumatlar
10.09.2017 7
İdeal kişilər varmı?


Qadınlar arasında aparılmış sorğuların nəticələri göstərir ki, zərif cins mənsublarının fikrincə, onların sevgililəri və ya ərləri ideal kişi obrazına, sadəcə, 69 faiz səviyyəsində uyğundur.
"The Daily Mail"ə istinadən bildirir ki, 2 min britaniyalı qadın arasında keçirilmiş anonim sorğu əsasında kişiləri qadınların nəzərində aşağılayan məqamların siyahısı hazırlanıb.
İlk yerdə qadının ailəsi ilə təmas qura bilməmək gəlir.
Sonrakı yerlərdə qadının diş fırçasından istifadə etmək, ayaqyolunu çirkləndirmək, qadının rəfiqələrinə mənfi münasibət, uşaqlarla kobul rəftar, tənbəllik, saqqal, həvəslə dırnaq tutmaq, maşını aqressiv sürmək, deyinmək, "ana balası" olmaq, ayaqyolunun qapısını bağlamamaq, paltarları evdə hara gəldi atmaq, itləri sevməmək, qab yumaqda və xörək bişirməkdə qadına yardım etməmək, habelə idman proqramlarına tez-tez baxmaqdır.
Sorğunu sifariş vermiş "Remington" şirkətinin meneceri Nikki MakReynoldsun dediyinə görə, qadınlar kişilərdən nə istədiklərini çox bilirlər və bəzən güzəştə də gedirlər.
"Məsələn, ər çox idman proqramına baxırsa, mütləq arvadına qulaq asmalıdır. Əks təqdirdə, qadın qəzəblənir", - MakReynolds deyib.
Qadınların kişilərdə görmək istədikləri məziyyətlərin reytinqində isə ilk yerləri yaxşı xasiyyət, yumor hissi və cazibədarlıq tutur.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!