İkinci adı xainlikdir

İkinci adı xainlikdir
Maraqlı məlumatlar
10.09.2017 41
Həqiqi olmayan sevgilərdə olar daha çox...

Güvəndiyiniz insanın arxadan vurmasıdır...

Yaşayan hər bir insanda əsla silinməyəcək izlər buraxan, ümumiyyətlə bağışlanma əhatəsindən uzaq bir vəziyyət...

Təqdim olunan güvəni, inancı, verilənləri heçə sayaraq, öz mənfəətləri üçün istifadə etməkdir...

Edəni bağışlasanız, özünüzü bağışlaya bilməyəcəyiniz bir vəziiyət...

Bərabərcə baş qoyulmuş bir yolda yarıda buraxmaqdır yoldaşını...

Xəyanətə rast gələnin olduğu qədər, əslində xəyanət edənin də acı çəkdiyi hadisədir. Məruz qalan üçün potensial sinir böhranı və ardınca gələn depressiya səbəbi faciəvi vəziyyətdir. Bir insanın yaşaya biləcəyi ən yıxıcı hadisədir xəyanət...

Qarşı tərəfə duyulmayan, yaşanmayan sevgi və hörməti göstərər. Gerçəkdə sevən insanın xəyanətlə heç bir əlaqəsi olmaz. Tutaq ki, sevmirdin, biraz adamlığındamı yox idi? Yaşanılanların heç bir mənası olmadığını da göstərir eyni zamanda...

Bəzi vəziyyətlərdə intiqam üçün edərlər. O da bu məzmunda, intiqam kimi soyuq yeyilən bir yeməkdir.

Araxadan vurmaq-üzünə gülüb, arxadan quyu qazmaqdır...

İnsan ömrü boyunca xəyanət var olan və olmağa davam etməkdədir. Bəzən dost, bəzən yoldaş, bəzən sevgi ilə yaxından- uzaqdan əlaqəsi olmayan, adını sevgili qoyduğunuz insan, bəzən qohum, bəzən də ailədən biri...

Ümumi götürdüyümüz zaman, nankorluqla eyniləşsə də, arada bir neçə fərq vardır. Bir insanı kürəyindən vurmaq, yarı yolda buraxmaq və başqa hadisələri əhatə edər. Əslində xəyanət sizə faydasi olan bir insana, pis bir şəkildə cavab verməkdir. İkinci adı xainlikdir onun...

İkili münasibətlərdə sədaqətsizlikdir. İnsanın adamlıqla əlaqəsinin olmadığını göstərən ən yaxşı sübutdur xəyanət. Əks halda, özün tanıyan bir insan əsla xəyanət etməz. Necə demişlər.xəyanət xarakterin yox olmuş formasıdır...

Dərmanı hələ tapıla bilməyən xəstəlikdir insanda, sırf yoxlamaq səbəbi ilə edilməməlidir, hətta heç edilməməlidir. Sevgi hələ də yaşasa da, əsla bağışlanmayacaq bir həərəkətdir...

Vicdan sahibi insan əsla edə bilməz. Edən insanın da bundan sonraki həyatı da xəyanət üzərində qurulacaqdır. Xəyanətin azı, çoxu olmaz!

Bir dəfə aldadan insanı bağışlasan, səndən yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülmüş biçimidir...

Ən pis xəyanət insanınözünə xəyanət etməsidir...  Ən pis xəyanət insanın öz həyatına xəyanət etməsidir. Davamlı müxtəlif sıxışdırmalarla, danışıqlarla həyatınızı solğun edən sevgili və ya yoldaşla bir yerdə ömür keçirmək, çeşidli faktor üzündən məyus münasibəti bitirməmək və ya bitirə bilməmək insanın özünə xəyanətidir... Xəyanət insanın özünə etdiyi bir hərəkətdir. Başqasına xəyanət edilə bilməz əslində. Xəyanət etməyən insan isə özünü çox yaxşı tanıyan insandır- xoşbəxt insandır... Xoşbəxt olduğu yanılması ilə yaşayan və əslində xoşbəxt olmadığının fərqinə çata bilməyən insan yaşamasa daha yaxşıdır... Etmək istəmədiyin bir şeyi eləmək də xəyanətdir. Etmək məcburiyyətində qalmaq isə xəyanətə zorlanmaqdır... Sırf valideynlərin istəyir deyə, arzusunda olmadığın bir sahəni oxumaq da özünə xəyanətdir.... Özünü başqalarına açmaq, xəyanətin qapılarının aralanması deməkdir... İnsanın özünə ən böyük xəyanəti, özünü səhv tanımasıdır... "Mənə xəyanət etdin" cümləsi yalnışdır. "Özünə xəyanət etdin" cümləsi doğrudur... Dünyada edilə biləcək ən asan və ən ucuz hərəkətdir! Nəhayətində xain kəliməsi ilə eyni kökü bölüşən sözdür xəyanət!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!