Xoşbəxtliyin rəngi

Xoşbəxtliyin rəngi
Maraqlı məlumatlar
10.09.2017 17
İnsanın ruh sağlamlığı ilə rənglər arasındakı əlaqəni araşdıran elm adamları, duyğuların da rəngi olduğunu ortaya qoydular. Depressiyadakı insanların solğun, özünü yaxşı hiss edənlərin isə isti rəngləri seçdiyini söyləyən elm adamları bunun uşaqların və ünsiyyət problemi yaşayanların xəstəliklərinin diaqnozuna köməkçi ola biləcəyini ifadə etdilər. "İtalyan La Repubblica" qəzetində nümayiş olunan xəbərə görə, İngiltərədəki Manchester Universitetindən bir qrup elm adamı sağlam 105 və depressiyadakı 108 yetkinin hər birindən, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi, qəhvərəngi, qara, ağ və bozun 38 tonunun olduğu rəng cədvəlindən ruhi vəziyyətlərinə ən uyğun olan rəngi seçmələrini istədilər. Araşdırmaçılar, depressiyadakıların bozun, sağlam iştirakçıların isə sarının tonlarını seçdiklərini müşahidə etdilər.



Araşdırmanın ikinci hissəsində isə sağlam 204 könüllüdən rəngləri müsbət, mənfi və neytral olaraq ayırmalarını və ən sevdikləri rəngləri seçmələrini istəyən elm adamları iştirakçıların yalnız 10% -nin, ruhi vəziyyətlərini təmsil etməsi üçün boza yönəldiklərini ifadə etdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!