İnsanların həyatına qarışmaq nə dərəcədə düzgündür?

İnsanların həyatına qarışmaq nə dərəcədə düzgündür?
Maraqlı məlumatlar
10.09.2017 29
Aydın məsələdir ki, ətrafımızda ilk danışıqdan insana qiymət verən adamlar çoxdur. Xüsusilə də qadınlar, fərqli bir hərəkət görən kimi, mütləq öz aralarında müzakirə edir və özlərinin görmək istədiklərini görürlər. Əslində bu doğru deyil və bunu çox adam anlamır. Əslində ilk baxışdan qiymət vermək asandır. Əksər qadınlar ( Qadınlar deyirəm, çünki bunu nadir hallarda kişilərdə görmüşəm) kiminsə həyat tərzini, yaşam şəraitini bilmədən hökm verməyi çox sevir. Yəni ki, bir növü qüsur tuturlar. Məsələn keçən dəfə şahidi oldum. Keçən dəfə avtobusla gedərkən, tıxac var idi və yan tərəfdə maşın sürən, olduqca baxımlı qadın var idi. Arxadakı iki qadın, öz aralarında o qadına sözün əsl mənasında "ad qoydular". Bu nə dərəcədə düzgün olar axı? Xüsusilə də qocalarda bunu hiss edirəm, qadın biraz baxımlı, biraz gözəl olan kimi mütləq o qadında qüsur var deyirlər. Kiminsə həyatını bilmədən müdaxilə eləmək çox pisdir və insana pis təsir edir. Ümumiyyətlə, məncə qarışmaq belə düzgün deyil. Bir məsələni bilmədən hökm versək, görün nə qədər səhvlərə yol açmış olarıq. Bir insanı yaxşı tanımadıqdan sonra, onun haqqında rəy bildirməyimiz belə düzgün deyil məncə...

Daha bir misal çəkim, bir qız tanıyıram, ədəbiyyatı əvvəllər sevməzdi, lakin sonradan ədəbiyyata marağı artmağa başladı, müxtəlif bədii əsərlər oxuyurdu. Bunu görən öz "yaxın" dostları hər yerdə deməyə başladılar ki, insan ədəbiyyata elə belədən maraq göstərməz, mütləq həyatında biri var... Əslində isə elə deyil, qızın özü sadəcə marağının artdığını deyir....

Türklərdə bir atalar sözləri var, hansı ki, şər atmaq istəyənlərə sərf edir : "Ateş olmayan yerden duman çıkmaz" Məncə bir məsələni öyrənmək üçün, onu dərin araşdırmaq lazımdır....



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!